Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İcra başçısından Prezidentə şok ŞİKAYƏT
İcra başçısından Prezidentə şok ŞİKAYƏT
02 Dekabr 2015 / 16:12 / Baxış sayı: 694
Font1 Font2 Font3 Font4

Bir qrup sahibkar icra başçısı tərəfindən aldadıldıqlarını iddia edir. Kürdəmir rayonunun hazırkı, Tərtərin isə keçmiş icra başçısı Ceyhun Cəfərovun sahibkarların başına açdığı oyunun təfərrüatlarını təqdim edir. Sahibkarlar yazır: “Ceyhun Cəfərovun bizlərə olan belə “nəvaziş və hörmət”indən sonra hamımız əsəb gərginliyindən və davamlı stresdən şəkərli diabet xəstəsi olmuşuq”

Cənab Prezident!


Bizləri Sizə müraciət etməyə vadar edən səbəb sahibkar kimi hüquqlarımızın kobud surətdə pozulması və həmiçinin bizlərə dəyən maddi və mənəvi ziyanla bağlıdır. Belə ki, 2011-ci ildə Tərtər rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov ( İndi Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı) tərəfindən abadlıq işləri görmək üçün dəvət olunduq.

İcra başçısı rayonun “Heydər Əliyev” prospektində, “Nizami” küçəsində, İcra hakimiyyətinin inzibati binasında, “Ana” abidəsinin yanında abadlıq işlərinin görülməsini və ticarət obyektlərinə üzlüklərin vurulması işlərini təklif etdi. Biz buna razı olduq və bildirdik ki, bunun üçün smeta tutulmalı və müqavilə imzalanmalıdır. (moderator) İcra başçısı Ceyhun Cəfərov bizə dedi ki, ayıbdır, mən sizi çoxdan tanıyıram, birgə işlər görmüşük, siz işə başlayın, hər şey qaydasında olacaq. Biz də böyük həvəslə işlərə başladıq və 520, 578 manat dəyərində abadlıq işləri gördük. Gördüyümüz işlərin müqabilində bizə cəmisi 192 min manat pul ödəndi və qalan 328, 578 manat pulu bu günədək ala bilməmişik. Biz Ceyhun Cəfərovdan halal zəhmətlə, alın təri ilə qazandığımız pulları tələb edəndə isə o hədə – qorxu gələrək bizləri şərləyib həbs etdirəcəyi ilə hədələdi.

Cənab Prezident!
Biz həmişə Yeni Azərbaycan Partiyasının üzvləri kimi ölkəmizdə hökm sürən ictimai – siyasi sabitliyin, inkişafın qarantı olan ulu öndər Heydər Əliyevin siyasi kursunu dəstəkləmişik və bundan sonra da respublikamızın inkişafı və çiçəklənməsi üçün əlimizdən gələni əsirgəməyərək var qüvvəmizlə çalışacağıq.

Biz yaxşı başa düşürük ki, Ceyhun Cəfərov bizi şərləyə bilməz, biz Yeni Azərbaycan Partiyasının sadiq əsgərləriyik, indi çiçəklənib inkişaf edən müstəqil Azərbaycan və onun dahi lideri cənab İlham Əliyev var.
Ancaq Ceyhun Cəfərov bizə etdiyini çox ustalıqla etdi, etibardan sui-istifadə edərək külli miqdarda pullarımızı mənimsəyərək bizlə çox ciddi ziyan vurdu. Bizlər çoxsaylı sexlərdən tikinti materialları almışıq, fəhlələrə maaş vermişik.

Bizə dəymiş ziyanın bir hissəsini maşınlarımızı, ekskavatoru, əmlaklarımızı ucuz qiymətə satmağa məcbur olaraq ödəmişik. Ancaq bu günə qədər haqlı olaraq borclu olduğumuz sahibkarlar və tikinti materialları aldığımız bəzi satış məntəqələri bizlərdən öz halal pullarını tələb edirlər.

Cənab Prezident!

Ceyhun Cəfərovun bizlərə olan belə “nəvaziş və hörmət”indən sonra hamımız əsəb gərginliyindən və davamlı stresdən şəkərli diabet xəstəsi olmuşuq. Hətta o həddə çatmışıq ki, doğma vətənimizi tərk edərək başqa ölkələrə gedib orada sahibkarlıq fəaliyyətini davam etdirək.

Cənab Prezident!

Siz çox vaxtında və zərgər dəqiqliyi ilə sahibkarlara qarşı ədalətsizlik edənləri kəskin qınayaraq və tam ifşa edərək onlara “stop” siqanlı verdiniz. Sizin bu qərarınız hətta ölkədə sahibkarlıq fəaliyyəti ilə məşğul olmayanların böyük məmnunluğuna və alqışına səbəb oldu.

Cənab Prezident!

Bundan sonra əminik ki, biz sahibkarlar öz vətənimizdə rahatlıqla sahibkarlıq fəaliyyətimizi davam etdirə biləcəyik. Ölkə sahibkarlarının güvənc və ümid yeri məhz Sizsiniz. Ona görə də Sizdən xahiş edirik ki, keçmiş Tərtər, indi isə Kürdəmir rayon icra hakimiyyətinin başçısı olan Ceyhun Cəfərovdan bizlərə çatacaq 328, 578 manat pulun alınıb bizlərə qaytarılmasına göstəriş verəsiniz. Əvvəlcədən minnətdarlığımızı bildiririk.

Hörmətlə, icra başçısı Ceyhun Cəfərovun cinayətkar əməllərinin qurbanları:

Əsgərov Cavanşir Ə.
Əliyev Faiz Ə.
Bayramov Mehdi T.”

Savash.org



İcra başçısından Prezidentə şok ŞİKAYƏT yazısına 2 şərh yazıldı




Yuxarı Geri Ana səhifə