Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Nardaranda polisə müqavimət göstərən bir nəfər güllələnib
Nardaranda polisə müqavimət göstərən bir nəfər güllələnib
02 Dekabr 2015 / 18:21 / Baxış sayı: 1512
Font1 Font2 Font3 Font4

Bakının Nardaran qəsəbəsində hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi xüsusi əməliyyat zamanı bir nəfər yaralanıb. Bu barədə Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov məlumat verib.

Belə ki, Əbülfəz Hacıbala oğlu (soyadı məlum deyil) əməliyyat zamanı polisə müqavimət göstərib. Nəticədə polis əməkdaşları atəş açmaq məcburiyyətində qalıb. Nəticədə o, ayağından yaralanıb. Ona tibbi yardım göstərilib.

Qeyd edək ki, dekabrın 1-də saat 08:00-dan qəsəbədə xüsusi əməliyyat keçirilməsinə başlanılıb. Müvafiq plana uyğun olaraq Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və nizami polis hissələrinin məhdud sayda xüsusi texnikası, şəxsi heyəti qəsəbəyə daxil olub, müəyyən edilmiş yerlərdə postlar qoyulub və hazırda xüsusi əməliyyat zonasında Baş Prokurorluğun, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin istintaq-əməliyyat qrupu fəaliyyət göstərir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə