Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Xaləddin İsgəndərovla bağlı ŞOK XƏBƏR
Xaləddin İsgəndərovla bağlı ŞOK XƏBƏR
03 Dekabr 2015 / 13:49 / Baxış sayı: 636
Font1 Font2 Font3 Font4

Biləcəri bələdiyyəsinin keçmiş sədri İlham Xəlilovun yerinə gətirilən Hikmət Quliyev ağır yükün altına girib. 

arxiv.bizimxeber.az-a daxil olan məlumatda qeyd olunur ki, Binəqədi rayon İcra Hakimiyyəti başçısının adamı olan Hikmət Quliyev Xaləddin İsgəndərovun aylıq tasını verə bilmədiyindən çıxılmaz vəziyyətdə qalıb.

Daxil olan məlumatda iddia edilir ki, H.Quliyevi birdən-birə İlham Xəlilovun yerinə gətirən Xaləddin İsgəndərov indi Hikmət Quliyevin qarşına öhdəlik qoyub ki, hər ay ona 10 min manat versin.

“Bunu da onunla əsalandırır ki, onu elə-belə bələdiyyə sədri təyin etməyib. Hikmət Quliyev də qollarını çırmalıyıb düşüb qəsəbə sakinlərinin üstünə və onlardan yığdığı pulları aparır verir Xaləddin İsgəndərova”-qeyd edilən məlumatda o da vurğulanır ki,bundan başqa Hikmət Quliyev qəsəbədə olan-qalan torpaqları dəyər- dəyməzinə satır ki, başçının borcunu ödəsin.

Daxil olan məlumatda iddia edilir ki,keçmiş sədr Biləcəri qəsəbəsində satmadığı torpaq qalmayıb.Hikmət Quliyev də naəlac qalıb qanunsuz zəbt edilən torpaqları sotunu 10 min manata satışa çıxarır. Biləcləri qəsəbə sakinləri də onun əlindən bezib prezidentə şikayət hazırlayırlar. Məlumatda o da qeyd edilir ki,Biləcəri qəsəbəsinə gəlib sakinlərlə söhbət apara bilərsiz.

“Deyəsən Hikmət Quliyev də Xaləddin İsgəndərovun əlindən bezib öz xoşu ilə vəzifəsindən gedəcək. Xaləddin İsgəndərov o biri bələdiyyə sədrlərinə onlar qadın olduğundan gücü çatmır”-Məlumatın sonunda qeyd edilir.

Redkasiyadan: Bir daha bəyan edirik ki, bu məlumatda iddia edilənlər elektron ünvanımıza daxil olan məlumatda qeyd edilir. Qarşı tərəfin də mövqeini dərc etməyə hazırıq.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə