Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Türkiyə peşman olacaq” – Putin canlı yayımda
“Türkiyə peşman olacaq” – Putin canlı yayımda
03 Dekabr 2015 / 14:08 / Baxış sayı: 822
Font1 Font2 Font3 Font4

Rusiya prezidenti Vladimir Putin Federal Məclisə illik müraciətini edib.

Dövlət başçısı bildirib ki, beynəlxalq terrorizmlə mübarizə aparmaq üçün bir yumruq, vahid, güclü antiterror cəbhə yaradılmalıdır. “Rusiya ordusu və donanması özünün döyüş qabiliyyətini göstərdi. Bizim silahlı qüvvələrimiz Suriyada ilk olaraq, Rusiya üçün vuruşur. Rusiya terrorla mübarizədə maksimum məsuliyyət və liderlik nümayiş etdirdi.

Putin həmçinin Türkiyənin rus təyyarəsini vurmasından danışıb: Allah ağıldan məhrum etməklə Türkiyə rəhbərliyini cəzalandırmaq istəyib.

Biz bilirik ki, Türkiyədə Suriyadan talan edilən neftlə öz cibini doldurur. Biz məhz 90-cı və 2000-ci illərdə Şimali Qafqazda döyüşənlərin Türkiyədə gizləndiyini də xatırlayırıq. Türk xalqı mühriban, əməksevər və istedadlıdır. Bizim Türkiyədə çoxlu etibarlı dostlarımız var. Biz onları ölkənin rəhbər şəxsləri arasında bərabərlik işarəsi qoya bilmərik. Mən ümumiyyətlə başa düşə bilmirəm ki, onlar bunu nədən edib, istənilən ziddiyyəti digər üsullarla həll etmək olardı. Təkcə Allah bilir ki, onlar bunu nədən ediblər. Türkiyə hakim dairələri Suriyada halak olan rus hərbçisinin ölümünə görə birbaşa məsuliyyət daşıyır. Türkiyə etdiklərinə  peşman olacaq”

Bizdən əsəbi və isterik, dünya üçün təhlükəli olacaq reaksiya gözləməsinlər”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə