Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Əhməd Davudoğlu Bakıdadır
Əhməd Davudoğlu Bakıdadır
03 Dekabr 2015 / 14:21 / Baxış sayı: 1306
Font1 Font2 Font3 Font4

Türkiyənin baş naziri Əhməd Davudoğlunun Azərbaycana rəsmi səfəri başlayıb. Onu Heydər Əlieyev Beynəlxalq Aeroportunda baş nazirin Əli Əhmədov, xarici işlər nazirinin müavini Xələf Xələfov və Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun qarşılayıblar.

Baş naziri Türkiyə Milli Kəşfiyyat İdarəsi rəhbəriHakan Fidan, Xarici İşlər Nazirliyinin Aparat rəhbəri Firudin Sinirlioğlu, Türkiyə qida, heyvandarlıq və kənd təsərrüfatı naziri Faruk Çelik, baş nazirin müavini Mehmet Şimşek, enerji və təbii qaynaqlar naziri Berat Albayrak və digərləri müşayiət edirlər.

Bu gün və sabah davam edəcək səfər çərçivəsində Əhməd Davudoğlu Azərbaycan prezidenti İlham Əliyev, baş nazir Artur Rasizadə ilə görüşəcək, sabah ADA Universitetində mühazirə oxuyacaq.

Görüşlərdə Dağlıq Qarabağ münaqişəsi başda olmaqla regional və beynəlxalq məsələlər müzakirə olunacaq.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə