Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azərbaycanın müdafiə sektorunda yüksək korrupsiya riski
Azərbaycanın müdafiə sektorunda yüksək korrupsiya riski
03 Dekabr 2015 / 14:37 / Baxış sayı: 1410
Font1 Font2 Font3 Font4

Beynəlxalq Şəffaflıq Təşkilatının Müdafiə və Təhlükəsizlik Proqramı (BŞ MTP) çərçivəsində hazırlanmış yeni “Hökumətlərin müdafiə sahəsində antikorrupsiya indeksi”nə əsasən Azərbaycanın müdafiə sektoru “çox yüksək” korrupsiya riski ilə qarşı-qarşıyadır.

“Turan” bildirir ki, bu barədə Beynəlxalq Şəffaflıq Təşkilatının məlumatında deyilir. Məlumatda bildirilir ki, 28 ölkənin korrupsiyaya qarşı hazırlıq səviyyəsinə görə Azərbaycanın müdafiə sektorunda korrupsiya riski “çox yüksək” səviyyədə qiymətləndirilib. Siyahıda Azərbaycanın yanında Əfqanıstan və Özbəkistan durur. Ermənistanda korrupsiya riski yüksək, Gürcüstanda isə orta qiymətləndirilir.

Dünyada müdafiə sektorunda ən aşağı korrupsiya riski Böyük Britaniyadadır, ABŞ, Almaniya və Hollandiyada isə korrupsiya riski aşağıdır.

Xəbərdə bildirilir ki, Azərbaycanda 2012 – 2015-ci illər üzrə Korrupsiyaya Qarşı Milli Fəaliyyət Planı və yüksək rütbəli hərbi qulluqçuların işdən azad olunması kimi son vaxtlar həyata keçirilmiş islahatlar hələ ciddi nəticələr verməyib.

“Yüksək rütbəli hərbi qulluqçuların hesabatlılığı aşağı səviyyədədir, parlament müdafiə xərcləri və siyasəti üzərində güclü nəzarət imkanlarına sahib deyil. Azərbaycanın müdafiə xərcləri 2015-ci ildə 27% artsa da bu vəsaitlərin xərclənməsi qeyri-şəffaf olaraq qalır.

Parlament müdafiə sahəsində olan xərclərin planlaşdırılmasında cüzi rol oynayır və hərbi büdcə üzrə daxili və kənar auditlər keçirilmir, audit nəticələri ictimaiyyətə açıqlanmır”, – sənəddə qeyd edilir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə