Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bakı kəndlərinin sakinləri paytaxta gələ bilmir
Bakı kəndlərinin sakinləri paytaxta gələ bilmir
03 Dekabr 2015 / 14:45 / Baxış sayı: 1282
Font1 Font2 Font3 Font4

Bakının Nardaran qəsəbəsinə yaxın digər kəndlərinin sakinlərinin paytaxta gəlib-getməsində problem yaranıb. Bu, güc strukturlarının Nardaranda islamçı ekstremistlərin zərərsizləşdirilməsi məqsədilə keçirdiyi xüsusi əməliyyatla bağlıdır.

Belə ki, Nardaranın girişində blok-postlar qurulub. Həmin blok-postlar ətraf kəndlərin sakinlərinin paytaxt istiqamətində hərəkət etməsinə mane olur.

Bəs bu vəziyyət nə vaxta qədər davam edəcək? Bakəətrafı kənd və qəsəbələrin sakinlərinin paytaxta sərbəst gediş-gəlişi nə vaxt mümkün olacaq?

Yaranmış vəziyyəti virtualaz.org saytına şərh edən Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, general-mayor Səhlab Bağırov bildirib ki, polis daxili işlər nazirinin əmri ilə gücləndirilmiş iş rejiminə keçirilib.

“Qayda-qanun nə vaxt bərpa olunsa, burada həyat da o zaman normal axarına düşəcək” – deyə general bildirib.

Qeyd edək ki, paytaxt polisi noyabrın 26-da Nardaran kəndində islamçı ekstremistlər tərəfindən törədilən və ikisi polis olmaqla 7 nəfərin ölümü ilə nəticələnən silahlı insidentdən sonra qəsəbədə həyata keçirilən xüsusi əməliyyatla əlaqədar gücləndirilmiş iş rejiminə keçirilib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə