Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İlham Əliyevlə Əhməd Davudoğlu arasında təkbətək görüş
İlham Əliyevlə Əhməd Davudoğlu arasında təkbətək görüş
03 Dekabr 2015 / 15:51 / Baxış sayı: 742
Font1 Font2 Font3 Font4

Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan prezidenti İlham Əliyevlə Türkiyə baş naziri Əhməd Davudoğlu arasında təkbətək görüş başlayıb. Təkbətək görüşdən sonra geniş tərkibdə görüş keçiriləcək.

***
14:35

Bu gün Azərbaycana rəsmi səfərə gələn Türkiyənin baş naziri Əhməd Davudoğlunun rəsmi qarşılanma mərasimi olub. APA-nın məlumatına görə, iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Türkiyə baş nazirini Azərbaycan prezidenti İlham Əliyev qarşılayıb. Türkiyənin və Azərbaycanın dövlət himnləri səslənib.

Prezident İlham Əliyev və baş nazir Əhməd Davudoğlu fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Azərbaycanın dövlət və hökumət nümayəndələri Türkiyə baş nazirinə, Türkiyə nümayəndə heyətinin üzvləri Azərbaycan prezidentinə təqdim olunub.

Prezident İlham Əliyev və baş nazir Əhməd Davudoğlu rəsmi foto çəkdiriblər.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə