Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Cavadov Antalyanı Natalyaya dəyişdi
Cavadov Antalyanı Natalyaya dəyişdi
04 Dekabr 2015 / 11:49 / Baxış sayı: 820
Font1 Font2 Font3 Font4

Rusiyada yaşayan azərbaycanlıdan gözlənilməz addım.

Sankt-Peterburqda yaşayan azərbaycanlı kafesinin adını dəyişərək, “Antalya”-nı “Natalya” ilə əvəz edib.  SuriyaTürkiyə sərhədində baş verən hadisədən sonraSankt-Peterburqda yaşayan azərbaycanlı sahibi olduğu “Antalya” adlanan kafenin adını dəyişdirərək “Natalya” edib.
“Mən milliyyətcə azərbaycanlıyam. Adım Vitali Cavadovdur. Bu il yoldaşımla Türkiyədə dincəlirdik və gördük ki, ruslar oranın mətbəxtini sevirlər. Ona görə, qərara gəldik ki, qayıdandan sonra bir kafe açaq və adını türk sayağı qoyaq ki, ruslar burada da özlərinin xatirələrini yada sala bilsinlər”, – deyə kafe sahibi bildirib.


Vitali Cavadov – kafenin sahibi

Vitalinin sözlərinə əsasən, “Antalya” kafesi iki ay əvvəl Sankt-Peterburqun Lenin prospektində açılıb. Burada, əsasən, Qafqaz mətbəxtinə məxsus yeməklər verilir.


Kafenin yerləşdiyi ərazi

Rusiya və Türkiyə arasında yaranan gərginlikdən sonra Cavadovlar ailəsinə kafenin adının dəyişdirilməsi ilə bağlı heç kim xüsusi göstəriş verməyib. Vitali deyir ki, bir gün özü nərdivana çıxaraq, iki hərfin – A və N-nın yerlərini dəyişir. Onun sözlərinə görə, etdiyi bu jest kafeyə üz tutanlara da xoş gəlib.

Hələ ki, menyuda və bəzi reklam bannerlərində kafenin əvvəlki adını xatırladan məqamlar var. Lakin kafe sahibi onların da tezliklə yenisi ilə əvəzləyəcəyini deyib.


Kafenin menyusu

Ötən ayın 24-də Suriya-Türkiyə sərhədində Rusiyaya məxsus Su-24 təyyarəsi Türkiyə Hərbi Hava qüvvələri tərəfindən vurulub. Türkiyə tərəfi bunu ərazisinin hava məkanını pozduğu üçün etdiyini desə də, Rusiya bu iddiaları təkzib edib. Bu hadisədən sonra iki ölkə arasında münasibətlər gərginləşib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə