Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Qarabağda gecə döyüşləri: ermənilər xeyli itki verdi, bir gizirimiz yaralandı
Qarabağda gecə döyüşləri: ermənilər xeyli itki verdi, bir gizirimiz yaralandı
04 Dekabr 2015 / 11:51 / Baxış sayı: 1026
Font1 Font2 Font3 Font4

Dağlıq Qarabağdakı qondarma erməni rejiminin “müdafiə nazirliyi” bu gecə təmas xəttində baş verən döyüşlərə dair məlumat yayıb. 

Məlumatda deyilir ki, gecə saat 04:30 radələrində “Azərbaycan tərəfi diversiya əməliyyatı keçirməyə cəhd edib”, bu zaman baş verən döyüşlərdə erməni silahlı birləşmələrinin 20 yaşlı hərbi qulluqçusu Erik Edikoviç Qriqoryan həlak olub. Döyüşlər təmas xəttinin Tərtər-Ağdam istiqamətində baş verib.

***
10:10
Son günlər Ermənistan Silahlı Qüvvələri bütün cəbhəboyu ərazilərdə təxribat xarakterli fəaliyyətlərini genişləndirməyə cəhd göstərirlər.

Virtualaz.org Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, regiondakı hərbi-siyasi vəziyyətdən istifadə etməyə çalışan erməni silahlı bölmələri dekabrın 4-nə keçən gecə cəbhənin müxtəlif istiqamətlərində müdafiənin ön xəttində yerləşən mövqelərimizə basqın etməyə cəhd göstəriblər.

Silahlı Qüvvələrimizin bölmələri düşməni qabaqcadan aşkar edərək onun hərəkətinin qarşısını qətiyyətlə alıblar. Erməni tərəfi xeyli sayda itki verərək geri çəkilməyə məcbur edilib. Hazırda onun itkilərinin sayı dəqiqləşdirilir.

Düşmənlə döyüşdə Silahlı Qüvvələrimizin bir giziri yaralanıb. İlkin tibbi yardım göstərildikdən sonra yaralı hərbi qulluqçu tibb müəssisəsinə təxliyə edilib, sağlamlığına heç bir təhlükə yoxdur və həkimlərin nəzarəti altındadır.

Müdafiə Nazirliyi bildirir ki, ordumuz bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir və düşmənin istənilən hərəkətinin qarşısını qətiyyətlə almağa hazırdır.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə