Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Nardaranda sabitlikdir, amma camaat soyuqdan donur
Nardaranda sabitlikdir, amma camaat soyuqdan donur
04 Dekabr 2015 / 11:52 / Baxış sayı: 940
Font1 Font2 Font3 Font4
Nardaranda siyasi sabitlikdir. Daxili Qoşunlar və polis kəndə nəzarət edir. FHN polis və əsgərlər üçün çadırlar qurub. Kəndə giriş çıxış hələ də polis nəzarətində saxlanılır. 
Kəndə qaz və işıq hələ ki verilməyib. Kənd ağsaqqalı Natiq Kərimov musavat.com-a bildirib ki, hazırda kənddə “Azəriqaz”ın əməkdaşları işləyir. Qaz boruları və sayğaclar yoxlanılır, təmir edilir. Lakin təbii qazın nə vaxt veriləcəyi bilinmir.
N.Kərimov deyir ki, kənddə camaatın yaşayışı həddən artıq çətindir: “Qaz yox, işıq yox. Təsəvvür edin bu havada insanlar nə əziyyət çəkir. Körpəsi, qocası, yataq xəstəsi olanlar var”.
Qeyd edək ki, noyabrın 26-da Nardaranda polislə “Müsəlman birliyi” təşkilatının üzvləri arasında silahlı qarşldurma olub. Qarşıdurmada 2 polis əməkdaşı və 5 dindar dünyasını dəyişib. Kənd sakinləri postlar quraraq bir neçə gün etiraz aksiyası keçirib. Dekabrın 1-dən isə hüquq-mühafizə orqanları kənddə xüsusi əməliyyat keçirilir.
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə