Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Başçı məktəblərdən pul yığır – Ağcabədidə
Başçı məktəblərdən pul yığır – Ağcabədidə
04 Dekabr 2015 / 11:57 / Baxış sayı: 2160
Font1 Font2 Font3 Font4

Ağcabədidə “Bayraq meydanı” muzeyi tikilir. na daxil olan məlumata görə, layihənin reallaşdırılması üçün rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov orta məktəb direktorlarının hər birindən 5 min manat pul tələb edib. 

Milli Məclisə 82 saylı Ağcabədi seçki dairəsindən deputat seçilən Tahir Rzayev saytımıza açıqlamasında məsələyə aydınlıq gətirib. O qeyd edib ki, söylənilən fikirlər tamamilə yalandır:

“Bir neçə il əvvəl Ağcabədidə çox gözəl “Bayraq meydanı” tikilib istifadəyə verilib. Rayon sahibkarları, iş adamları, ziyalıları ərazidə “Bayraq Muzeyi” də tikilməsi üçün təklif irəli sürüblər. Ona görə sahibkarların, yerli icra hakimiyyətinin birgə qərarına əsasən rayonda muzey tikilməyə başlayıb.

Təməlqoyma mərasimində şəxsən özüm iştirak etmişəm. Muzeydə Azərbaycan tarixinin, xanlıqlarının, ölkənin atributlarının, mədəniyyət nümunələrinin nümayişi təşkil ediləcək, qədimdən bəri istifadə edilən Azərbaycan bayraqlarının nümunələri muzeydə nümayiş olunacaq”.

Tahir Rzayev muzeyin 2016-cı ilin aprel ayına qədər təhvil veriləcəyini bildirib: “Seçkilər ərəfəsində işlər sürətlə gedirdi. Vurğulamaq istədiyim odur ki, ideyanı rayonun ziyalıları, iş adamları irəli sürüb, reallaşdırılması da onların və yerli icra hakimiyyətinin vəsaiti hesabına həyata keçirilir. Bu işə hər birimiz kömək edə bilərik, lazım gəlsə, özüm də kömək edəcəyəm. Hansısa müəllim bu muzeyə maraqlı kitab bağışlayacaqsa, bu özü də köməkdir”.

Deputat xərclənəcək vəsaitin miqdarını bilməsə də, çox tutumlu vəsait olmadığını deyib:

“İş tamamlanmayınca nə qədər məbləğin sərf ediləcəyi bilinmir. Ola bilsin sadə üzlük vurulsun, yaxud bahalı üzlük vurulsun. Yəni bu işin gedişindən asılı olacaq. Hələ ki, divarların hörülməsi prosesi gedir. Heç kimdən də hansısa şəkildə pul tələb edilmir. Bunların hamısı yalandır”.

Modern.az-a məlumat verən mənbə isə iddia edirdi ki, adıçəkilən muzeyin tikilməsi üçün aşağı sinif şagirdlərinin hər birindən 5, yuxarı siniflərdən 10 manat pul yığılması tələbi bəzi məktəb direktorlarının və valideynlərin narazılığına səbəb olub. Pul gətirməyən şagirdlərin hətta dərslərə buraxılmadığı da bildirilirdi.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə