Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Azəristiliktəchizat”ın Nizami şöbəsi uşaqları soyuqdan qırır…
“Azəristiliktəchizat”ın Nizami şöbəsi uşaqları soyuqdan qırır…
04 Dekabr 2015 / 11:58 / Baxış sayı: 418
Font1 Font2 Font3 Font4

Bakının Qara Qarayev prospekti 41-də yaşayan sakinlər havaların soyuması səbəbindən dəhşətli duruma düşüblər. arxiv.bizimxeber.az  jam.az-a istinadla xəbər verir ki, gecənin soyuğuna rəğmən, binalara istiliyin verilməməsi səbəbindən donmaq təhlükəsi ilə üz-üzə qalıblar. «Böyüklər yenə birtəhər özünü idarə edir. Körpəsi olanlar var, uşaqları soyuqdan necə qorumaq olar? Bunlarda insaf deyilən bir şey qalmayıb».

41 saylı binanın sakinləri ki, onların binalarına istiliyin verilməməsinə səbəb «Azəristiliktəhcizat» ASC-nin Nizami rayon şöbəsinin müdiri Vüqar adlı şəxsin vətəndaşlardan pul tələb etməsidir. «Vüqar adlı bu şəxs kimsəni saymır və şikayətlərə də məhəl qoymur. Camaata da deyib ki, əgər 3000 manat pul yığıb, ona verməsələr binaya bir qətrə də olsun isti su verməyəcək.

Bunu da belə əsaslandırıb ki, həmin pulun böyük qismi«Azəristiliktəhcizat»ın rəhbərinə çatır». Sakinlər qeyd edirlər ki, hər il təmirpulu adı altında ASC rəsmiləri camaatdan pul yığırlar. Yayda təmir işləri aparacaqlarını bəyan edən qurumun rəhbərliyi bu ad altında sakinlərdən yığdığı pulu hara xərclədiyi məlum deyil.

Qarşı tərəfi də dinləməyə hazırıq.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə