Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Naqif Həmzəyev ittihamlar ittihamla cavab verdi: “Biznes maraqlarına qurban veriblər”
Naqif Həmzəyev ittihamlar ittihamla cavab verdi: “Biznes maraqlarına qurban veriblər”
04 Dekabr 2015 / 12:18 / Baxış sayı: 418
Font1 Font2 Font3 Font4

Bir neçə gündür Məhəmməd Əmin Rəsulzadə ilə bağlı fikirlərinə görə tənqid olunan yeni deputat Naqif Həmzəyev bu gün parlamentin iclasından öncə jurnalistlərə açıqlama verib.

Millət vəkili Rəsulzadəni təhqir etmədiyini qeyd edib: “Mən başa düşmürəm ki, söylədiyim fikirlərə, yoxsa dediyim cümələlərə görə günahlandırılıram. Bir daha bəyan edirəm ki, mənim tək liderim var, o da ümummilli liderimiz Heydər Əliyevdir. Etmədiyim əmələ görə heç bir məsuliyyət daşımıram. Məhəmməd Əmin Rəsulzadəni təhqir etməmişəm və etmək fikrim də yoxdur. Əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş medianın bəzi nümayəndələri bu peşəni biznes maraqlarına qurban veriblər”.

Daha sonra N. Həmzəyev qeyd edib ki, informasiya terrorunun qurbanına çevrilib: “Bütün deputat həmkarlarımdan, ictimaiyyət nümayəndələrindən və jurnalistlərdən xahişim odur ki, bu çirkin əmələ qoşulmasınlar. Fəaliyyətimin ilk dövrünü istəmirəm ki, məhkəmə ilə başlayım. Buna görə sadəcə olaraq susmağı və səbr etməyi üstün tuturam. Rəsulzadə tarixi şəxsdir və bütün tarixi şəxslərə bizim hörmətimiz var. Millət vəkili heç kimə heykəl qoymur. Çox təəssüflər olsun ki orada olan dialoq təhrif olunmuş şəkildə ictimaiyyətə çatdırılıb. Mənin söylədiyim tək söz var, o da yeganə liderimin Heydər Əliyevin olmasıdır”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə