Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Rusiyadan Bakıya vəzifəyə gətirilən zırrama
Rusiyadan Bakıya vəzifəyə gətirilən zırrama
03 Dekabr 2015 / 22:55 / Baxış sayı: 266
Font1 Font2 Font3 Font4
“Rusiya və Türkiyənin xarici siyasət məsələlərini səylə həll etməyə girişən hörmətli azərbaycanlı bloggerlər, siz öz problemlərinizi artıq həll edib qurtardığınıza əminsinizmi? Mən heç sizin ölkənizin xarici siyasət məsələlərini də nəzərdə tutmuram. Sizin şəxsi problemlərinizi deyirəm. Məktəbə, instituta, işə getmək, pul qazanmaq, arvadın istəklərini yerinə yetirmək… Sizin problemləriniz bax, bunlardır. Siz bunları həll etdiniz, bl… (burada küçə söyüşü yazılıb-red.), dünyada sizdən ötrü yalnız bir həll edilməmiş problem qaldı bəyəm?”

Belə bir çirkabı yazıya çıxarmağa məcbur olduğumuz üçün oxuculardan min dəfə üzr istəyirik. Lakin bunu ona görə etdik ki, söhbətin mahiyyəti və predmeti barədə daha aydın təsəvvür yaransın.

Məhz predmeti barədə. Çünki özünə hörmət qoyan heç bir adam belə həyasızcasına söhbət etməz, illah da sosial şəbəkələrdə…

Bizim təhqiqat predmetimiz isə İlya Rüstəmovdur – SOCAR-ın maliyyələşdirdiyi “CBC Sport” telekanalının rəhbəri İlya Rüstəmov…

Bu zırramanı Azərbaycana Rusiyadan gətiriblər. Yox, İlya Rüstəmov 1981-ci ildə bizim ölkəmizdə, Sumqayıtda doğulub. Amma bu predmetə pasportu Rusiyanın İvanovo şəhəri Lenin rayonunun daxil işlər şöbəsindən veriblər. İlya Rüstəmov Rusiya pasportunu almağa belə bir sənədinin olmamasında ittiham olunmağa başlayandan sonra məcbur olub. Rüstəmovu isə küçə uşağı sifətinə malik bu adam bir müddətliyə “Liqa” TV-nin baş direktoru kürsüsünə oturandan sonra ittiham eləməyə başlamışdılar.

“Liqa” TV-nin media hüquqları üzrə departamentinin keçmiş rəhbəri Lev Qoberman bu qurumun Rüstəmov dövründəki işi haqda görün nə yazır: “Biz onu 2013-cü ilin martında yeni media üzrə direktor vəzifəsinə işə götürmüşdük. İlya Rüstəmov demişdi ki, saytın işini, sosial şəbəkələri, videoarxiv və digər istiqamətləri öz üzərinə götürür. Yarım ildən sonra o, icraçı direktor oldu. Onun işini mənfi qiymətləndirirəm. İlya Rüstəmov şirkətə xeyir yox, ziyan gətirdi. Hələ mən Gerkusun işdən azad olunması məsələsində onun tutduğu mövqeyi demirəm… İlya Rüstəmov yalnız özünü reklam etmək işini əla bacarır”.

İlya Rüstəmovu məşhur rusiyalı televiziya şərhçisi Vasili Utkin də tənqid edib.

Rüstəmov isə normal cavablar vermək, arqumentlər gətirmək əvəzinə öz facebook səhifəsində özünə xas üslubda ana söyüşlərinə keçib: “Özün haqda qəribə yazılar oxumaq, illah da özünə kumir seçdiyin adamın dilindən “Exo Moskvı” radiosunun efirindən özün barədə x… (küçə söyüşü yazıb-red.) eşitmək qəribədir. Mən indi işdən evə gedirəm. Sabah isə işə qayıdacam və işimi daha böyük əzmlə görəcəyəm. Əclaflar, siz isə yazmaqda davam edin. Nə istəyirsiniz, harada istəyirsiniz danışın. Sizin fikrinizin içinə … (ədəbsiz söz yazıb-red.). İstədiyimi edəcəm, sizin bacarmadığınızı edəcəm, nə xoşuma gəlirsə, onu da edəcəm”.

Təəccüblü deyil ki, bu məxluq hətta Rusiyada – ana-bacı söyüşünün əhalisinin əksəriyyətindən ötrü adi şey sayılan ölkədə də zay məhsul hesab olunur. Ö ölkədə ki, bir çox köntöy və karyerist adamlar orada öz həyasızlığını, zırramalığını və bisavadlığını artıq adi, standart nitq üslubuna çevrilən ana söyüşü ilə gizlətməyə çalışır.

Bu məxluq – İlya Rüstəmov əgər Rusiyada qalsaydı, onun bu xisləti haqda yazmağa dəyməzdi. Dərd burasındadır ki. Bu zırramanı Rusiyadan Azərbaycana ixrac ediblər. Özü də bu, elə-belə ixracat deyil. Bu söyüşcül məxluqu SOCAR rəhbərliyinin şəxsi media layihəsi olan “CBC Sport” telekanalının rəhbəri postuna gətiriblər.

Doğrudur, İlya Rüstəmov burada telekanal üçün texniki avadanlıqların alınması üzrə məsləhətçi kimi işə başlayıb. Sonra isə lazımi əlaqələrini işə salaraq telekanalın rəhbərliyinə gəlib. Həmin bu söyüşcül adam indi TV rəhbəri statusunda Azərbaycan cəmiyyətinə ağıl öyrədir. Özü də necə? Məmnuniyyət mövzusundan istifadə edib özünün əsas, həllolunmaz problemini qabartmaqla…

Bu məxluqun başqa statuslarını oxuyun. Nəzərə alın ki, İlya Rüstəmov boşanıb.

“Mənə fərdi assistent qız lazımdır. Yaxşı olar ki, ağıllı olsun, əsəbləri dəmir kimi möhkəm olsun ki, onun yanında ana söyüşü söyəndə buna dözə bilsin. Dəymə-düşər və ciddi qızlardan məni narahat etməməyi xahiş edirəm. Mən də onların xətrinə dəyə və pərt edə bilərəm” – deyə bu zırrama rəhbər yazır.

Yəni bu zırrama sözügedən telekanalda potensial iş axtaracaq azərbaycanlı qızlarla belə yekəxana danışıq tərzini özlüyündə normal sayır.

SOCAR və şəxsən onun prezidenti Rövnəq Abdullayev isə bütün bunlara göz yumur. İnanamıram ki, İlya Rüstəmov R.Abdullayevlə söhbətdə də ana söyüşü söyməyə cürət etsin. Yaxşı, bəs onda bu zırramanı dəvət etmək nəyə lazım idi? Əgər məqsəd peşəkar mütəxəssis dəvət etmək idisə, onda elə həmin Vasili Utkini çağırmaq daha çox yerinə düşərdi. Utkin həm Azərbaycanı çox sevir, Bakıda tez-tez olur, həm də burada çoxlu dostları var.

Bəs İlya Rüstəmov necə, Azərbaycanı sevirmi? Bilmirəm. Yalnız onu bilirəm ki, İlya Rüstəmov özünü Rusiyanın fədakar vətənpərvəri, Putinin pərəstişkarı kimi göstərməyi sevir. Görünür, elə bu “arqument”ə də əsaslanaraq azərbaycanlı bloggerlərə həyasızcasına məsləhətlər verir, hamını onun söyüşcül olması ilə barışmağa çağırır.

Bəs bu idbar vəziyyət nə vaxta qədər davam edəcək? Bu sualı COCAR rəhbərliyinə, həmçinin AFFA-nın baş katibi Elxan Məmmədova vermək lazımdır. İlya Rüstəmov Elxan Məmmədovun kurasiyasındadır…

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə