Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Jurnalistlər cəzalandırılacaq” – Siyavuş Novruzov
“Jurnalistlər cəzalandırılacaq” – Siyavuş Novruzov
04 Dekabr 2015 / 13:16 / Baxış sayı: 338
Font1 Font2 Font3 Font4

“Azərbaycanda dinlə dövlət ayrı olsa da, dövlət hər zaman dinin yanındadır. Azərbaycanda mötəbər dini tədbirlər keçirilir”.

AzNews.az-ın məlumatına görə, bunu bu gün parlamentdə “Dini ekstremizmə qarşı mübarizə haqqında” qanun layihəsinin müzakirəsi zamanı parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib. Siyavuş Novruzov qeyd edib ki, dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat zonasından dəqiqləşdirilməmiş məlumat yayan jurnalistlər məsuliyyətə cəlb olunacaq: “Jurnalistlər bu məsələdə məsuliyyətli olmalıdırlar.

Nardaran da baş verən hadisələr vətəndaşların da ayıq-sayıq olmalı olduğunu göstərdi. Heç kimə imkan vermək olmaz ki, qanundan kənar hansısa dini idarəetmə yaratsın. Azərbaycan vətəndaşları səs verərək, dövlət quruluşunu müəyyən ediblər. Ancaq hardasa dini təlim keçmiş insanlar ayrı-ayrı yerlərdə dövlət quruluşumuzun pozulması yönündə açıq-aşkar fəaliyyət göstərirlər”.

Deputat əlavə edib ki, belə bir qanunun qəbul olmasının Nardaran hadisələri ilə bağlılığı yoxdur: “Əslində bununla bağlı əvvəldən təkliflər var idi və gərək biz o zamanlar bunu qəbul edərdik. Bəzi insanlar başqa ölkələrə gedib din altında döyüşür, sonra Azərbaycana gələrək orada öyrəndikləri ideologiyanı təbliğ etməyə çalışırlar. 3 il bundan qabaq “ərəb baharı” başlayandan biz bunu Milli Məclisdə müzakirə etdik və çalışdıq ki, bu kimi halalların qarşısı alınsın”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə