Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Göyçayda icra başçısı ilə belə yekun vurur: 5000 MANAT
Göyçayda icra başçısı ilə belə yekun vurur: 5000 MANAT
04 Dekabr 2015 / 16:02 / Baxış sayı: 304
Font1 Font2 Font3 Font4

Sahibkarlar Mübariz Ağayevdən prezident İlham Əliyevə şikayət etdilər

Redaksiyamıza bir qrup göyçaylı sahibkar adından müraciət daxil olub.  Narazılıq edən iş adamları prezident İlham Əliyevin son aylarda sahibkarların durumunun yaxşılaşdırılması, ölkədə milli burjuaziyanın möhkəmlənməsi istiqamətində atdığı addıçları alqışlamaqla yanaşı, eyni zamanda üzləşdikləri problemləri də yazırlar.

Sahibkarlar bildirir ki, Göyçaya təkrar olaraq icra başçısı göndərilən Mübariz Ağayevin iş prinsiplərinə onlar çoxdan bələddirlər: “İlk dəfəmiz deyil. Amma indi vəziyyət tamam fərqlidir. Nə camaatda pul var, nə də alverimiz gedir. Amma buna baxmayaraq hər ayın yekunu başçının pulunu çatdırmalıyıq.

Bu dekabr ayı isə bizə ən böyük zərbə vurulacaq. Artıq icra başçısının adından gəlib deyiblər ki, ilin yekunu ilə əlaqədar dekabr ayının pulu ilə yanaşı, əlavə olaraq illik pul da verməliyik. Bu da sahibkara görə dəyişir: 200 manatdan 5000 manata qədər.

Halbuki cənab prezidentimiz demişdi ki, sahibkarların məmurlar tərəfindən incidilməsinə son verilməlidir. Görünür, Göyçayda prezidentin sözünü eşitmirlər. Mübariz Ağayev bu qədərmi özünə güvənir?”

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq… /dia.az/

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə