Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Oliqarx rüşvətə görə tutulan milyonçunu niyə xilas edir?
Oliqarx rüşvətə görə tutulan milyonçunu niyə xilas edir?
04 Dekabr 2015 / 16:21 / Baxış sayı: 584
Font1 Font2 Font3 Font4

Sankt-Peterburqda mənzillənmiş azərbaycanlı oliqarx-milyarder Vaqif Məmişov rüşvətə görə tutulan biznesmen Gennadi Manaşirovu həbsdən çıxarmağa çalışır. arxiv.bizimxeber.az xəbər verir ki, Məmişov bu məqsədlə Federasiya Şurasının üzvlərinə müraciət edib. Azərbaycanlı oliqarx xahiş edir ki, Federasiya Şurasının üzvləri Manaşirovun zaminə buraxılmasına kömək etsinlər.

Biznesmen Manaşirov bir neçə gün əvvəl Azərbaycandan olan yəhudi milyonçu, Telman İsmayılovun keçmiş biznes ortağı kimi tanınan Januko Rafailovun işini aparan müstəntiqlərə rüşvət verməyə cəhd edərkən tutulub.

Januko Rafailov ona məxsus “AST Cargo” şirkətinin anbar komplekslərində yüzlərlə vyetnamlının qul kimi işlədilməsi işi üzrə həbs edilib. O, mütəşəkkil cinayətkar qruplaşma yaratmaqda və qul əməyindən istifadədə ittiham olunur. Gennadi (Roman) Manaşirov isə Rafailovun dostudur.

Lifenews.ru xəbər verir ki, Manaşirov işi aparan müstəntiqlər, Rusiya DİN-in Moskva üzrə Baş İstintaq İdarəsinin polkovniki Viktor Rubaşkinə və podpolkovnik Vladimir Andriyevskiyə rüşvət verərək dostunun azadlığa buraxılmasına nail olmaq istəyib. Tərəflər Rafailovun azadlığa buraxılması üçün 10 milyon dollar rüşvətə razılaşıblar.

Gennadi Manaşirov (şəkildə sağdan birinci)

Lakin bu plan baş tutmayıb və hüquq-mühafizə orqanları nəzərdə tutulan rüşvəti alan yerdə Viktor Rubaşkini yaxalayıblar. Vladimir Andriyevski isə qaçıb, ancaq bir neçə gün sonra Smolensk vilayətində yaxalanıb.

Onlara qarşı cinayət işi qaldırılıb. Rüşvət verdiyinə görə biznesmen Manaşirov da həbs olunub.

Müstəntiqlər deyirlər ki, Januko Rafailov Telman İsmayılovun yaxın köməkçisidir. Lakin Rafailov həbs ediləndə T.İsmaylov açıqlama verərək demişdi ki, Rafailovu tanıyır və onunla münasibətlər var. Ortaq biznesləri isə yoxdur. O, qul əməyindn istifadəni təşkil edən “AST Cargo” şirkətinin AST şirkətlər qrupuna aid olmadığını da iddia edib.

Manaşirov həbs ediləndən sonra vəkilləri onun zaminə buraxılması üçün müxtəlif yollara əl atıblar. Dövlət Dumasının deputatı İldar Samiyev isə onun azadlığa buraxılması xahişi ilə İstintaq Komitəsinə şəxsən gedib. Ancaq xahişin nəticəs olmayıb.

Manaşirovun Sankt-Peterburqun ən varlı adamlarından olan Məmişovla münasibətləri haqda geniş məlumatlar yoxdur. Bununla belə ehtimal olunur ki, Leninqrad vilayətinin qubernatoru və Peterburq meriyasının rəhbərliyi ilə yaxın münasibətlərə malik olan Məmişov üçün Manaşirov mühüm adamdır.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə