Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Sahibkarlar Razim Məmmədovdan da şikayətçi düşdülər…
Sahibkarlar Razim Məmmədovdan da şikayətçi düşdülər…
04 Dekabr 2015 / 16:24 / Baxış sayı: 550
Font1 Font2 Font3 Font4
Sahibkar Nadir Liftiyev Xətai rayon icra başçısına rüşvət verdiyini açıqlayıb. İş adamı tikintini başa çatdırmaq üçün bu addımı atdığını söyləyib. Sahibkar iddia edib ki, Razim Məmmədova 150 min manat rüşvət verib.

Mehdi Hüseynov Ələkbər oğlu bildirib ki, o, bir müddət əvvəl rəhbərlik etdiyi səkkiz nəfərdən ibarət briqada ilə birlikdə əslən Lerikdən olan Liftiyev Nadir Bəbir oğluna məxsus ticarət obyektinin təmir işlərində çalışıb. İşlərin başa çatmasından artıq xeyli müddət keçsə də, Nadir Liftiyev işçilərə yaranmış 3680 manat məbləğində borcu ödəmək istəmir. Həm də özünə haqq qazandırmaq üçün bu sahibkar olduqca maraqlı dəlillər gətirir.

Mehdi Hüseynov bildirib ki, işlədikləri obyekt paytaxtın Babək prospektində (Daxili Qoşunlar hərbi hissəsinin yaxınlığında) yerləşir.

Şikayətçinin sözlərinə görə, ona məlum olmayan səbəblərdən obyektdə gedən təmir-tikinti işləri müxtəlif vaxtlarda iki dəfə Xətai Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən dayandırılıb, lakin sonradan davam etdirilib.

İndi isə işçilərin pulunu vermək istəməyən Nadir Liftiyev belə bir iddia irəli sürür ki, Razim Məmmədova 150 min manat məbləğində rüşvət verib. Və məhz bu səbəbdən də onun indi işçilərə verməyə pulu qalmayıb.

Qarşı tərəfi də dinləməyə hazırıq.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə