Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Güclü külək Neft Daşlarında qəzaya səbəb oldu: 3 nəfər itkin düşdü
Güclü külək Neft Daşlarında qəzaya səbəb oldu: 3 nəfər itkin düşdü
04 Dekabr 2015 / 16:37 / Baxış sayı: 290
Font1 Font2 Font3 Font4
Bu gün saat 12.30 radələrində Neft Daşları NQÇİ-nin 501 nömrəli özülündə qəza baş verib.  arxiv.bizimxeber.az SOCAR-ın rəsmi saytına istinadən xəbər verir ki, güclü tufan nəticəsində dalğalar estakada döşəməsini üstündəki yaşayış budkası ilə birlikdə uçurub dənizə atıb.

Hadisə baş verərkən buxar aqreqatının maşinisti 1971-ci il təvəllüdlü Cavad Xudaverdiyev, səyyar aqreqatın matorçuları – 1961-ci il təvəllüdlü Bəhmən Cəfərov və 1974-cü il təvəllüdlü Rövşən Məmmədov budkada olmuşlar. Dənizdə operativ axtarış işlərinə başlanılmışdır. Güclü küləyin yaratdığı maneəyə baxmayaraq, hazırda itkin düşən nefçilərin axtarışı Fövqəladə Hallar Nazirliyinin vertolyotu, həmçinin Xəzər Dəniz Gəmiçiliyinin “Vixr-9” yanğınsöndürən gəmisi, “Avyor” dalğıc gəmisi və “Samir Quliyev” yedək gəmisi ilə davam etdirilir.

SOCAR-dan bildirilib ki, hadisənin təfərrüatları özülə göndərilmiş komissiya tərəfindən araşdırılır. Axtarış və araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə