Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azercell Müharibə Veteranları üçün kampaniyanın müddətini uzatdı
Azercell Müharibə Veteranları üçün kampaniyanın müddətini uzatdı
04 Dekabr 2015 / 16:40 / Baxış sayı: 256
Font1 Font2 Font3 Font4

Azercell Telekom MMC-nin bu ilin aprel ayında Müharibə Veteranları statusuna malik olan şəxslər üçün təqdim etdiyi kampaniyanın müddəti 30 noyabr 2016-ci il tarixinədək uzadılır.

Şirkətdən arxiv.bizimxeber.az-a verilən məlumata görə, kampaniyaya çərçivəsində Müharibə Veteranları statusuna malik olan Azercell Fakturasız Xətt abunəçiləri təqvim ayı ərzində balanslarıına birinci dəfə yüklədikləri hər-hansı danışıq kartın məbləğinin 100%-ni bonus olaraq Azercell-dən hədiyyə alacaqlar. Azercell tərəfindən hədiyyə olunan bonus şəbəkədaxili zənglər, SMS və MMS xidmətləri üçün 7 gün ərzində istifadə edilə bilər.

Onu da bildirək ki, Azercell Telekom 3 ildir ki, davamlı olaraq Qarabağ, Əfqanıstan və Böyük Vətən Müharibəsi Veteranları üçün xüsusi endirim kampaniyaları həyata keçirir. İstifadəyə verildiyi gündən bu güzəştli rabitə imkanından 28 000-dən artıq veteran yararlanaraq Azercell-dən 5 milyon 400 min AZN-dən artıq həcmdə bonus əldə etmişdir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə