Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İnterpol rusiyalı qadınları fahişəyə çevirən azərbaycanlını saxladı
İnterpol rusiyalı qadınları fahişəyə çevirən azərbaycanlını saxladı
04 Dekabr 2015 / 18:00 / Baxış sayı: 556
Font1 Font2 Font3 Font4

Kişi doğma qardaşının pasportundan istifadə edirdi. Rusiya DİN-in İvanov vilayət İdarəsinin İnterpol qrupunun əməkdaşları beynəlxalq axtarışda olan vətəndaşı saxlayıblar. Onun barəsində məlumat Azərbaycanın hüquq-mühafizə orqanlarının sorğusundan məlum olub. Sorğuda 1964-cü il təvəllüdlü Bakı sakininin yerləşdiyi yerin müəyyənləşdirilməsində və onun saxlanılmasında vasitəçilik xahiş edilirdi.

Kişiyə qarşı insanların köməksiz vəziyyətindən, fiziki və ya psixi çatışmazlıqlarından istifadə edərək onların bir qrup şəxs tərəfindən fahişəliyə cəlb edilməsi maddəsi üzrə ittiham irəli sürülüb. İvanov polisinin əməkdaşlarında region ərazisində axtarışda olan şəxsin ola biləcəyi yer haqqında məlumat olub. Bununla əlaqədar bir sıra əməliyyat-axtarış tədbirləri planlaşdırılıb və həyata keçirilib.

Axtarılan şəxsin əlamətlərinə uyğun gələn Azərbaycan vətəndaşı İvanov interpolçularının diqqət mərkəzinə düşüb. Nəticədə o, axtarılan şəxs kimi identifikasiya olunub. Müəyyən edilib ki, kişi öz doğma qardaşının pasportunu istifadə edirmiş, bu isə ona bütün dünyada sərbəst şəkildə hərəkət etmək imkanı yaradırdı. Hal-hazırda təqsirləndirilən şəxs saxlanılıb və tez bir zamanda axtarışın təşəbbüskarına təhvil veriləcək.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə