Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Anar Məmmədovun jurnalları bağlandı
Anar Məmmədovun jurnalları bağlandı
04 Dekabr 2015 / 18:33 / Baxış sayı: 312
Font1 Font2 Font3 Font4

“Garant Holding” şirkətlər qrupunun rəhbəri, nəqliyyat naziri Ziya Məmmədovun oğlu, Amerika Azərbaycan Alyansının rəhbəri Anar Məmmədovun təsis etdiyi jurnal “National Geographic Azerbaijan” fəaliyyətini dayandırıb.

AzNews.az-ın əldə etdiyi məlumata görə, jurnalın işçilərinə artıq bu barədə məlumat verilib. Bildirilib ki, jurnal bundan sonra nəşr olunmayacaq. Həmçinin, işçilərə özlərinə yeni iş yeri tapmaları tövsiyə olunub. İşçilər artıq bu aydan etibarən ofisə getmirlər. Aldığımız məlumata görə, jurnalın bir neçə nömrəsi əvvəlcədən hazırlanıb və nömrələri nəşr olunub satışa buraxıldıqdan sonra redaksiyanın fəaliyyətinə son veriləcək.

Başqa bir məlumata görə, A.Məmmədovun azyaşlı oxucular üçün nəzərdə tutulan “National Geographic Azerbaijan Kids” jurnalı da artıq fəaliyyətini dayandırıb. Jurnalların bağlanmasına səbəb kimi isə maliyyə problemi göstərilir.

Məsələ ilə bağlı AzNews.az-ın əməkdaşı “Garant Media Holding”in İdarə Heyətinin sədri Elnur Baimovla əlaqə saxlayıb. Lakin o məsələlərlə bağlı hər-hansı şərh vermək istəmədiyini bildirib.

Məlumat üçün bildirək ki, jurnalın son buraxılışı noyabr ayında dərc olunub.

Xatırladaq ki, ABŞ-ın Milli Coğrafiya Cəmiyyətinin məşhur “National Geographic” jurnalının Azərbaycan dilində nəşr olunması ilə bağlı ötən ilin mart ayında “Garant Media Holdinq” şirkəti ilə ABŞ-ın Milli Coğrafiya Cəmiyyəti (The National Geographic Society) arasında müqavilə imzalanıb.




Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə