Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Neft daşları”nda dənizə atdığı 3 neftçidən birinin meyiti tapıldı
“Neft daşları”nda dənizə atdığı 3 neftçidən birinin meyiti tapıldı
05 Dekabr 2015 / 0:07 / Baxış sayı: 962
Font1 Font2 Font3 Font4

Bu gün saat 12:30 radələrində güclü tufan nəticəsində “Neft Daşları” NQÇİ-nin 501 saylı özülündə köçk qarışıq dənizə düşən 3 neftçidən birinin cəsədi tapılaraq sudan çıxarılıb.

Bu, səyyar aqreqatın motorçusu, 1961-ci il təvəllüdlü Bəhmən Cəfərovun cəsədidir. FHN qalan iki neftçinin axtarışlarını davam etdirir. Axtarış-xilasetmə işlərinə nazirliyin vertolyotları və gəmiləri cəlb olunub.

***
15:47

Bu gün saat 12:30 radələrində “Neft Daşları” NQÇİ-nin 501 nömrəli özülündə qəza baş verib.

Virtualaz.org SOCAR-ın saytına istinadən bildirir ki, güclü tufan nəticəsində dalğalar estakada döşəməsini üstündəki yaşayış köşkü ilə birlikdə uçurub dənizə atıb. Hadisə baş verərkən buxar aqreqatının maşinisti 1971-ci il təvəllüdlü Cavad Xudaverdiyev, səyyar aqreqatın motorçuları – 1961-ci il təvəllüdlü Bəhmən Cəfərov və 1974-cü il təvəllüdlü Rövşən Məmmədov köşkdə olublar.

Dənizdə operativ axtarış işlərinə başlanılıb. Güclü küləyin yaratdığı maneəyə baxmayaraq hazırda itkin düşən neftçilərin axtarışı Fövqəladə Hallar Nazirliyinin vertolyotu, həmçinin Xəzər Dəniz Gəmiçiliyinin “Vixr-9” yanğınsöndürən gəmisi, “Avyor” dalğıc gəmisi və “Samir Quliyev” yedək gəmisi ilə davam etdirilir.

Hadisənin təfərrüatları özülə göndərilmiş komissiya tərəfindən araşdırılır. Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə