Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

SOCAR prezidenti yanan platformada – özüldə işçilər qalıb (VİDEO, YENİLƏNİB)
SOCAR prezidenti yanan platformada – özüldə işçilər qalıb (VİDEO, YENİLƏNİB)
05 Dekabr 2015 / 12:14 / Baxış sayı: 688
Font1 Font2 Font3 Font4

Neftçilər zəncirlərlə yanan estakadaya bərkidilən qayıqlarda asılı qalıblar.

“Yanan özüldən xilas edilən şəxslər hazırda qayıqlardadır. Həmin qayıqlar isə zəncirlərlə yanan estakadaya bərkidilib”.  Bunu ANS PRESS-ə “Azneft” İstehsalat Birliyinin baş direktorunun müavini İkram Qurbanov deyib.

Onun sözlərinə görə, nefçilər dənizdən 4-5 metr yüksəklikdədirlər və estakadaya bərkidilmiş qayıqlarda kömək gözləyirlər. Ancaq yanğın şiddətli olduğu üçün gəmilər onlara yaxınlaşa bilmir.

Hazırda xilasetmə əməliyyatlarına müvafiq qurumların bütün şəxsi heyəti cəlb edilib. Əməliyyatlar başa çatdıqdan sonra ictimaiyyətə açıqlama veriləcək.

Saat 09:29
Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev yanan yataqdakı vəziyyətlə tanış olmaq üçün səhər saatlarında hadisə yerinə yollanıb. Bu barədə ANS PRESS-ə “Azneft” İstehsalat Birliyinin baş direktorunun müavini İkram Qurbanov açıqlama verib.

Onun sözlərinə görə, dünən saat 17:40 radələrində “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən güclü yanğının qarşısı hələ də alına bilmir. Hazırda Fövqaladə Hallar Nazirliyinin helikopterləri və BP şirkətinin gəmiləri vasitəsi ilə yanğının söndürülməsi istiqamətində işlər aparılır. “Ancaq dənizdə fırtına həddən artıq güclü olduğu üçün hələlik yanğın davam edir”.

İ.Qurbanov Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev başda olmaqla idarə rəisləri də FHN-in helikopteri vasitəsilə yanğın baş verən əraziyə getdiyini qeyd edib:

“Hazırda orda olan insanlarla əlaqə saxlamağa da çətinlik çəkirik. Çünki telefonların şəbəkələri tutmur və ya telefonlarına zəng çatmir. Çünki əlaqə vasitələrinin enerjisi tükənib. Ona görə də dəqiq məlumatlar yoxdur. Ancaq özüldə iki-üç nəfər var. Onlar sağ-salamatdır. Qalan işçilər xilasetmə qayıqlarına yerləşdiriliblər”.


Yanğın baş verən platforma

Yaxın saatalarda ARDNŞ tərəfindən ictimaiyyətə hadisə ilə bağlı açıqlama veriləcəyi bildirilir. Məlumatların verilməsi üçün iki qərargah yaradılıb. İkinci qərargah Zığ şossesi, Əbilov 27 ünvannda yerləşir.

Xatırladaq ki, dünən axşama yaxın “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə güclü yanğın hadisəsi baş verib. SOCAR-dan ANS PRESS-ə verilən məlumata görə, baş verən güclü tufan saat 17.40 radələrində “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarmış, nəticədə yanğın olub.

Hadisə ilə əlaqədar “Azneft” İstehsalat Birliyində və Zığ küçəsi, Əbilov 27 ünvanında qərargah yaradılıb. “Yanğın baş verən platformada 42 nəfərə yaxın işçi olub. Həmin işçilər kiçik qayıqlar vasitəsilə təhlükəli ərazidən uzaqlaşdırılıb.

“Günəşli” yatağındakı yanğınla bağlı Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev də ANS TV-yə açıqlama verib. O bildirib ki, yanğın nəticəsində heç bir insan itkisi yoxdur, yanğının söndürülməsi istiqamətində bütün zəruri tədbirlər görülür.

arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə