Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

10-cu platformada xilas edilənlərin sayı 9-a çatdı (VİDEO)
10-cu platformada xilas edilənlərin sayı 9-a çatdı (VİDEO)
05 Dekabr 2015 / 13:31 / Baxış sayı: 346
Font1 Font2 Font3 Font4

Xilas edilənlərədən biri qadındır. “Günəşli” yatağının yanğın baş vermiş 10-cu platformasında xilas edilənlərin sayı artıb. Artıq onların sayı 9-a çatıb.

FHN əməkdaşları 10-cu platformada xilasetmə əməliyyatına başlayıblar. Artıq 4 nəfərin xilas edildiyi bildirilir. Bu barədə məlumatı ANS PRESS-ə Dövlət Neft Şirkətinin vitse prezidenti Xaliq Məmmədov verib.

Onlar arasında bir qadın da var. Əməliyyat tədbirləri davam etdirilir.

Tez-tez dəyişən güclü külək və tufan xilasetmə əməliyyatını çətinləşdirir. Təbii fəlakət rejimində çalışan Fövqəladə Hallar Nazirliyinin xilasedicilər tufanın yaratdığı bütün gərginliyə baxmayaraq var gücləri ilə çalışırlar.

Saat 12.36
“Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə xilasetmə əməliyyatlarına başlanılıb. Xəzərdə küləyin sürəti nisbətən zəiflədiyi üçün FHN əməkdaşları xilasetmə əməliyyatına artıq başlaya biliblər. Söhbət saniyədə 17-18 metr əsən küləkdən gedir.

ANS TV-nin məlumatına görə, bunu Dövlət Neft Şirkətinin vitse prezidenti Xaliq Məmmədov deyib.

SOCAR və FHN-nin rəhbərliyi olan helikopter “Günəşli” yatağındakı hadisə baş verən əraziyə yəni, 10-cu platformaya enə bilib.

İctimaiyyətə məlumatların verilməsi üçün Zığ şossesi, Əbilov 27 ünvanında ikinci qərargah yaradılıb.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə