Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ordumuz düşmən qərargahını vurdu
Ordumuz düşmən qərargahını vurdu
05 Dekabr 2015 / 13:52 / Baxış sayı: 422
Font1 Font2 Font3 Font4

İnternet resurslarında Azərbaycan artilleriyasının işğal altındakı ərazilərdə Ermənistan ordusunun mövqelərinə sərrast zərbə endirməsinə dair görüntülər yayılıb. 

Pilotsuz kəşfiyyat təyyarəsindən çəkilmiş görüntülərə əsasən erməni ordusunun təmas xəttində, yaxud təmas xəttinə yaxın yerləşən mövqelərində əvvəlcə “pikap” tili avtomobillər və bir neçə hərbçi görünür.

Daha sonra bir-birinin ardınca artilleriya mərmiləri partlayır və düşmən qüvvələrinin mövqeləri dəqiq zərbələrə məruz qalır. Bu zaman həmin mövqelərdə olan erməni hərbçilərinin öldüyü və yaralandığı şübhəsizdir. Videokadrları report.az saytı internet mənbələrinə istinadən yayıb. Məlumata görə, ölən və yaralananlar arasında Dağlıq Qarabağdakı separatçı rejimin yüksək rütbəli hərbi rəhbərləri də olub. Həmçinin ölənlər arasında dağ-piyada diviziyası komandirinin müavini, polkovnik Aratyunan Cəlal Anatolyeviç də var.

Bu hadisənin nə vaxt baş verdiyi məlum olmasa da ehtimal edilir ki, videokadrlar Azərbaycan ordusunun düşmən mövqelərinə bir gün əvvəl endirdiyi zərbələri əks etdirir.

Dekabrın 4-nə keçən gecə Ermənistan qüvvələri bir neçə istiqamətdən ordumuzun mövqelərinə həmlə etməyə cəhd edib. Bu zaman Azərbaycan ordusunun bölmələri düşmənin həmlələrinin qarşısını alıb və əks-zərbələrlə onu geri oturdub. Düşmənin xeyli tki verdiyi bildirilsə də Dağlıq Qarabağdakı rejimin “müdafiə nazirliyi” cəmi bir hərbçinin öldüyünü təsdiq etmişdi.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə