Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

SOCAR: Neftçilərin xilas edilməsi davam edir – YENİLƏNİB
SOCAR: Neftçilərin xilas edilməsi davam edir – YENİLƏNİB
05 Dekabr 2015 / 14:41 / Baxış sayı: 154
Font1 Font2 Font3 Font4

Saat 14:10-a olan məlumata görə, “Günəşli” yatağındakı 10 saylı platformadan təxliyyə edilməyən yalnız 5 nəfər qalıb. Digər dənizçilər isə artıq təxliyyə edilib

***

“Artıq qayıqlarda olan iki nəfər xilas edilərək xilasedici gəmiyə mindirilib”. Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyində hadisə ilə bağlı yaradılmış qərargahdan bildirilib.Məlumata görə, xilasetmə əməliyyatlarına Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və FHN-in əməkdaşları cəlb edilib.Xilasetmə əməliyyatlarının havadan helikopeterlər, dənizdən isə gəmilər vasitəsi ilə aparıldığı deyilir: “Əldə etdiyimiz məlumata görə, iki nəfər artıq xilas edilərək xilasedici gəmiyə mindirilib”.

Qərargahdan SOCAR rəhbərliyinin hələ də hadisə yerində olduğu bildirilib: “Başda şirkətin prezidenti Rövnəq Abdullayev olmaqla bütün rəhbərlik hadisə yerindədir. Xilasetmə əməliyyatları davam etdirilir”.Qeyd edək ki, dekabrın 4-də baş verən güclü tufan saat 17:40 radələrində Xəzərdə “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın baş verib. Hadisə ilə bağlı FHN-in xilasetmə dəstələri tərəfindən Xəzər Dəniz Gəmiçiliyinin “Vixr-9” və “Topaz” yanğınsöndürən gəmiləri, habelə “Avyor” dalğıc və “Samir Quliyev” yedək gəmiləri vasitəsi ilə təxliyyə işləri həyata keçirilir.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə