Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Məktəb işini yaxşı qurarsa, uşaq təhsildən yayınmaz
Məktəb işini yaxşı qurarsa, uşaq təhsildən yayınmaz
05 Dekabr 2015 / 17:39 / Baxış sayı: 824
Font1 Font2 Font3 Font4

Məlum olduğu kimi, Təhsil Şurasının sədri professor Əjdər Ağayev bir neçə gün öncə Milli Məclisin sədri Oqtay Əsədov cənablarına müraciət edib.

Professor Əjdər Ağayev müraciətində göstərir ki, bir həftə dərsə davam etməyən məktəblilərin valideyninin 100 manat məbləğındə cərimə olunması düzgün elmi-pedaqoji yanaşma deyil və müəyyən müddətdən sonra bunun fəsadları yarana bilər.

Lakin 126 nömrəli tam orta məktəbin direktoru Şəmsi Qoca “Moderator.az” saytında dərc etdirdiyi yazısında professor Əjdər Ağayevin fikirlərinin tam pedaqoji yanaşma olduğunu nəzərə almamışdır. Əjdər Ağayev həmin müraciətində ümumtəhsil məktəbində davamiyyət probleminin pedaqoji-psixoloji həlli yollarını göstərir. İstərdim ki, Şəmsi Qoca professor Əjdər Ağayevin müraciətindəki cümlələrin məna çalarına fikir versin. Əjdər Ağayev müraciətində bütün məktəb direktorlarını rüşvətxor adlandırmır.

“Valideynlərə cərimə tətbiqi bəzi məktəb rəhbərləri ilə valideynlər arasındakı neqativ sövdələşmə hallarına qanunilik “donu” geydirə bilər” ,yazır. Sual yaranır. Əgər valideyn övladını məktəbə buraxmayıb, mebel emalatxanasında işlədirsə, 100 manat cərimə bu kimi problemləri aradan qaldıracaqmı?

Tutaq ki, cərimə sanksiyasının tətbiqindən sonra uşaq məktəbə gəldi. Zorən, ailə narazılıqları, maddi ziyan fonunda məktəbə gələn uşağın hansı təlim keyfiyyətindən danışmaq olar? Müraciətin, məhz bu kimi pedaqoji istiqamətinə diqqət yetirmək lazımdır.

Hələ 7 il bundan əvvəl Azərbaycan Təhsil Şurası “Valideynlərin pedaqoji-psixoloji maarifləndirilməsi” layihəsi həyata keçirtdi. O zaman biz müşahidə etdik ki, Azərbaycanda övladları məktəbə gedən valideynlərin bu aspektdə maariflənməsinə nə qədər böyük ehtiyac var. Övladın məktəbə buraxılmaması, müxtəlif işlərə istiqamətləndirilməsi, hətta vaxtından əvvəl ərə verilməsi məhz maarifçilik işinin, məktəb-valideyn əlaqələrinin aşağı səviyyədə olması, eyni zamanda, əksər məktəblərdə şagirdin təlimə marağının təmin edilməməsidir.

(Doğrudur, burada soaial problemər də rol oynayır.) Əslində bu kimi problemlərin maarfçilik yolu ilə aradan qaldırılması ilə şagirdin məktəbə davamiyyətini təmin etmək mümkündür. Bəli, ən münasib, humanist modelin məktəbdə təlim-tərbiyə mühitinin şagirdin arzu və istəkləri, zövqləri, baxışları fonunda təmin olunmasıdır.

Almaniya, yaxud digər Avropa ölkəsi Azərbaycan şəraiti deyil. Hər ölkənin özünün sosial və intizam şəraiti var. Ona görə də Azərbaycanı hansısa Avropa ölkəsi ilə müqayisə etmək yox, məsələyə spesifik yanaşmaq lazımdır. Azərbaycan təhsilinin Qərbə, Avropaya inteqrasiyası  çox yaxşı haldır. Biz texnoloji baxımdan dünyanın qabaqcıl ölkələrindən öyrənə bilərik, amma cəza qaydalarını olduğu kimi tətbiq etmək özü də pedaqoji-psixoloji prinsiplərə ziddir. 1 gün dərsə getməyinə görə cəzalandırılan Almaniya Azərbaycanlısında humanist hisslərin tərbiyə olunması çox çətin məsələdir.

Məktəb rəhbərləri çalışmalıdırlar ki, işədikləri təhsil ocağını əsl bilik və tərbiyə verən, intizam məktəbinə çevirsinlər. Yaxşılara heç kəsin sözü yoxdur-sağ olsunlar. Haqlı  pedaqoji yolu görməməzliyə vurmaq özü narahatlıq doğuran cəhətdir.

Hörmətli Şəmsi müəllim.

Siz özünüzü sağlam əməlli məktəb direktoru kimi təqdim edirsiniz. Çox yaxşı. Mən buna şübhə etmirəm. O ki, qaldı Əjdər Ağayevin bəzi məktəb direktorları haqqında iddiasına (O da bütün məktəb rəhbərlərini nəzərdə tutmur) onu siz də öz cümlələrinizlə təsdiq edirsiniz. Yazırsınız: “Qaldı rüşvət alıb şagirdin dərsdən yayınmasına imkan verən məktəb direktorlarına, onlar da başa düşməlidir ki, bu naqis hərəkətləri ilə bütün təhsil işçilərinin təhqir olunmasına şərait yaradır, təmiz müəllim adının ləkələnməsinə səbəb olurlar. İçimizdə elələrinin olmasına şübhə etmir və onlara həmkar deməyə də xəcalət çəkirəm. Sadəcə deyirəm ki, bir az vicdanlı olun!”. Siz özünüz bu məsələni məktəb direktoru olaraq qaldırırsınızsa, başqalarını niyə qınayırsız? Əgər siz öz məktəbinizdən xəbərdarsınızsa, Əjdər Ağayev Təhsil Şurasının sədri olaraq, respublikanın bütün məktəblərinin içindən xəbərdardır. O ki qaldı məktəb işinə o, 60 ilə yaxın pedaqoji fəaliyyəti dövründə yalnız nəzəriyyə ilə məşğul olmamış, məktəbin problemlərinin praktik həlli yollarını da göstərmişdir.

Bu yol da məktəbdə nizam-intizamın, təlim-tədris, tərbiyə işinin tam yüksəldilməsidir. Əgər məktəbdə valideynlərlə maddi baxımdan razılaşmalar olmasaydı, Təhsil Nazirliyi pul yığılmasını qadağan edən göstəriş verməzdi. Siz məktəbdə işləsəniz də bəzi xoşagəlməz hallara yol verən məktəblərin içindən xəbəriniz yoxdur. Əjdər Ağayev müraciət və müsahibələrində ictimai rəyə, valideynlərin sözlərinə əsaslanır. Mən istərdim ki, problemə müdaxilə edən məktəb rəhbəri məktəbin inkişafına çalışsın. Onu-bunu tənqidə yox. Bir məsələni yenə də vurğulamaq istəyirəm: valideyn nə qədər məsuliyyət daşısa da, məktəb işini yaxşı qursa, uşaq təhsildən yayınmaz…

Böyükağa MİKAYILLI,

“Təhsil və zaman” qəzetinin redaktoru, Təhsil Şurasının Mətbuat və ictimaiyyətlə Əlaqə Mərkəzinin rəhbəri

 

 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə