Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Cahangir Hacıyev Kürdəxanı təcridxanasına aparıldı
Cahangir Hacıyev Kürdəxanı təcridxanasına aparıldı
05 Dekabr 2015 / 23:56 / Baxış sayı: 844
Font1 Font2 Font3 Font4

Sabiq sədr barəsində həbs qəti-imkan tədbiri seçilib. Bu gün barəsində məhkəmə qərarı ilə həbs-qətimkan tədbiri seçilmiş Beynəlxalq Bankınsabiq sədri Cahangir Hacıyev artıq təcridxanaya köçürülüb. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə haqqında 4 ay müddətinə həbs qətimkan tədbiri seçilən C.Hacıyev Kürdəxanı 1 saylı İstintaq Təcridxanasına etap olunub.

Daxili İşlər Nazirliyinin mətbuat ximətindən ANS PRESS-ə verilən məlumata görə, C.Hacıyev DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi saxlayıb. Azərbaycan Beynəlxalq Bankının idarə heyətinin sabiq sədri Cahangir Hacıyev mart ayının 18-də istefa verib. Bununla bağlı bank özü açıqlama yayıb.

Sabiq sədr bundan əvvəl də bir neçə dəfə DİN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılıb. C. Hacıyev ilk dəfə may ayının 20-də Azərbaycanda “Beynəlxalq Bank”a krediti olan bir neçə məşhur iş adamı ilə birgə saxlanılmışdı.


Eldar Mahmudov – sabiq milli təhlükəsizlik naziri

Vəzifəsindən azad edilən Milli Təhlükəsizlik naziri Eldar Mahmodovun qudası – Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyev Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə sonuncu dəfə oktyabr ayının 19-da “Bandotdel”-ə çağırılıb.

Cahangir Hacıyev “Bandotdel”ə çağırılsa da həbs edilməyib. O, ancaq ifadə verib.

Beynəlxalq Bankın sabiq rəhbəri “kredit oliqarxları”nın işi ilə əlaqədar çağırılıb və sorğu-sualdan sonra dərhal da azad edilib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə