Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Xilas edilən neftçi hadisənin necə baş verdiyini ANS-ə danışdı (VİDEO, YENİLƏNİB)
Xilas edilən neftçi hadisənin necə baş verdiyini ANS-ə danışdı (VİDEO, YENİLƏNİB)
05 Dekabr 2015 / 23:58 / Baxış sayı: 324
Font1 Font2 Font3 Font4

“Digər qayıqlardan xəbərim olmadı”. “Günəşli” dəniz yatağında baş vermiş yanğından xilas edilən neftçilərdən biri ANS-ə danışıb. Başından kəllə-beyin travması alan Rəşid Hüseynov bildirdi ki, güclü külək onun mindiyi qayığı platformaların arasına tullayıb.

“Qayıqlara şimal tərəfdən mindik. Cənubdan minə bilmirdik. Çünki tüstü o tərəfdən gəlirdi. Külək qayığı silkələməyə başladı və qayıq platformanın arasına düşdü. Kəllə-beyin travması almışam. Digər qayıqlardan xəbərim olmadı”, deyə Rəşid Hüseynov bildirib.

***21:22***

Mərkəzi Neftçilər Xəstəxanasına 30 yaralı gətirilib.

Bu barədə ANS PRESS-ə xəstəxananın baş direktorunun müavini Nadir Mehdiyev məlumat verib. Onun sözlərinə görə, yaralı neftçilərdən 22-si ambulator, 7-si isə stasionar müalicəyə götürülüb.

N.Mehdiyev bildirdi ki, yaralılardan bəziləri kəllə-beyin travması alıb.

Həkimin sözlərinə görə, bir əməliyyat masasındadır. Nadir mehdiyev qeyd edib ki, yaralılardan heç birinin həyati təhlükəsi yoxdur.

6 yaralı aşağıdakılardır:

1. Mərdan Rəcəbov
2. Allahverdi Məmmədov
3. Rəşid Hüseynov
4. Mais Abbasov
5. Məlahət Əliyeva
6. Ləman Orucova

ANS PRESS-in əldə etdiyi məlumata görə, daha bir yaralı Bəxtiyar Ələkbərov isə Respublika Yanıq Mərkəzinə aparılıb.

***20:55***

Xəzər dənizindəki yanğın nəticəsində xəsarət alan və xəstəxanaya gətirilən neftçilərin vəziyyəti stabildir.

Bunu ANS PRESS-ə Mərkəzi Neftçilər Xəstəxanasının baş həkimi Həbib Yüzbaşıyev deyib.

Onun sözlərinə görə, xəsarət alanların vəziyyəti nəzarətə götürülüb.

***19:21***

Xəzər dənizindəki yanğından xilas edilən 7 nəfər xəsarət alan neftçi Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.

Məlumatı ANS PRESS-ə xəstəxanadan təsdiqləyiblər.

***17:49***

“Günəşli” dəniz yatağında baş vermiş yanğında 29-30 nəfərin itkin düşdüyü bildirilir. 32 nəfər xilas edilib, 1 nəfərin isə meyiti çıxarılıb.

Yaxın dəqiqələrdə Fövqəladə Hallar Nazirliyi və SOCAR-ın birgə bəyanat yayacağı qeyd olunur. İtkin düşənlərin axtarılması üzrə xilasetmə əməliyyatı aparılır.

Güclü tufan və təbii fəlakətin yaratdığı digər çətinliklər əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində problemlər yaradır.

Hadisə zamanı platformada 63 nəfərin olduğu bildirilir.

***16:12***

10-cu platformada yanğın nəticəsində xilas edilənlərin sayı artıb. ANS PRESS-ə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mətbuat xidmətindən verilən məlumata görə, 32 nəfər xilas edilib.

Saat 14:40
10-cu platformada estakadada asılmış birinci xilasedici qayıqda olanların hamısı xilas edilib.
Onların sayı 26 nəfərdir.

Qalan işçilərin xilası və axtarışı üzrə əməliyyatlar davam etdirilir.

Hadisə rayonunda xilasetmə işləri gərgin şəraitdə davam edir. Tez-tez dəyişən küləyin sürəti hazırda saniyədə 37-38 metrə, dalğanın hündürlüyü isə 10 metrə çatır.

Saat 14:19
10-cu platformada sonuncu 5 nəfərin xilasedilməsinə başlanılıb. Bu barədə məlumat ANS PRESS-ə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mətbuat xidmətindən verilib.

Saat 13:23
“Günəşli” yatağının yanğın baş vermiş 10-cu platformasında xilas edilənlərin sayı artıb. Artıq onların sayı 9-a çatıb.

Saat 13.01
FHN əməkdaşları 10-cu platformada xilasetmə əməliyyatına başlayıblar. Artıq 4 nəfərin xilas edildiyi bildirilir. Bu barədə məlumatı ANS PRESS-ə Dövlət Neft Şirkətinin vitse prezidenti Xaliq Məmmədov verib.

Onlar arasında bir qadın da var. Əməliyyat tədbirləri davam etdirilir.

Tez-tez dəyişən güclü külək və tufan xilasetmə əməliyyatını çətinləşdirir. Təbii fəlakət rejimində çalışan Fövqəladə Hallar Nazirliyinin xilasedicilər tufanın yaratdığı bütün gərginliyə baxmayaraq var gücləri ilə çalışırlar.

Saat 12.36
“Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə xilasetmə əməliyyatlarına başlanılıb. FHNəməkdaşları xilasetmə əməliyyatına artıq başlaya biliblər.

ANS TV-nin məlumatına görə, bunu Dövlət Neft Şirkətinin vitse prezidenti Xaliq Məmmədov deyib.

SOCAR və FHN-nin rəhbərliyi olan helikopter “Günəşli” yatağındakı hadisə baş verən əraziyə yəni, 10-cu platformaya enə bilib.

İctimaiyyətə məlumatların verilməsi üçün Zığ şossesi, Əbilov 27 ünvanında ikinci qərargah yaradılıb.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə