Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Biləsuvarda dəhşət: bir ailənin 4 üzvü öldü
Biləsuvarda dəhşət: bir ailənin 4 üzvü öldü
06 Dekabr 2015 / 15:04 / Baxış sayı: 444
Font1 Font2 Font3 Font4
Bu dəqiqələrdə Ələt-Astara avtomobil yolunun 110-cu kilometrliyində – Biləsuvar rayonu ərazisində dəhşətli yol qəzası baş verib.

Nəticədə bir ailənin 4 üzvü hadisə yerindəcə həlak olub.

Belə ki, “VAZ-2115” markalı “Jiquli”nin benzindaşıyan “SHACMAN” markalı avtosisternlə toqquşması nəticəsində minik maşınının sərnişinləri – Biləsuvar rayonunun Təzəkənd kənd sakinləri 1986-cı il təvəllüdlü Tərlan Bayramov, onun 1986-cı il təvəllüdlü həyat yoldaşı Günel Bayramova və qızları 2010-cu il təvəllüdlü Səkinə Bayramova, 2011-ci il təvəllüdlü Nərmin Bayramova hadisə yerindəcə ölüblər.

Minik maşınının sürücüsü Mansur Bayramov isə xəsarət aldığından Biləsuvar rayon xəstəxanasına aparılıb. Faktla bağlı Baş Dövlət Yol Polisində cinayət işi qaldırılıb.

 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə