Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Rövnəq Abdullayev yanğın baş verən platformada
Rövnəq Abdullayev yanğın baş verən platformada
06 Dekabr 2015 / 22:00 / Baxış sayı: 868
Font1 Font2 Font3 Font4

Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğınla bağlı itkin düşən şəxslərin axtarış tədbirlərinin həyata keçirildiyi ərazidədir. 

“Report” xəbər verir ki, hadisə yerində olan Şirkət prezidenti hazırda axtarış-xilasetmə işlərinə nəzarət edir.  R.Abdullayevin xilas etmə işləri tam bitənə kimi hadisə yerində olacağı bildirilir.

Qeyd edək ki, dekabrın 4-də baş verən güclü tufan saat 17:40 radələrində Xəzərdə “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın baş verib.

Hazırda FHN-in 2 yanğınsöndürən gəmisi, eyni zamanda SOCAR və BP şirkətlərinə məxsus daha 3 gəmi hazırda yanğının söndürülməsi işlərini həyata keçirir.




Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə