Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Qarabağda döyüşlər: erməni hərbçi vuruldu
Qarabağda döyüşlər: erməni hərbçi vuruldu
06 Dekabr 2015 / 22:28 / Baxış sayı: 360
Font1 Font2 Font3 Font4

Erməni mətubatı bu barədə xəbər yayıb. Cəhbə xəttində bu gün baş verən döyüşlərdə Ermənistan ordusunun hərbiçisi yaralanıb. Bu barədə Ermənistanın “news.am” saytı xəbər yayıb. Məlumata görə, Azərbaycan ordusunun minaatan zərbəsi nəticəsində Ermənistan ordusunun hərbi qulluqçusu 20 yaşlı Varazdat Xaçatryan ağır yaralanıb.

Bundan əvvəl Ermənistan kütləvi informasiya vasitələrinin son 11 ay ərzində ümumilikdə 63 erməni hərbçisini ölü olaraq itirməsi, onlardan 33 nəfərinin döyüş itkisi olması ilə bağlı xəbərlər yaymışdı. Azərbaycanın Müdafiə Nazirliyi isə rəqəmlərin reallığı əks etdirmədiyini bildirirmişdi.
Nazirliyinin yaydığı məlumata görə, Ermənistan tərəfi döyüş itkilərinin sayını ən azı iki dəfə azaldır. Məlumdur ki, ermənilər Dağlıq Qarabağdan olan hərbi qulluqçuların, silahlandırılıb zorla səngərlərə yerləşdirilən mülki əhalinin, eləcə də Yaxın Şərqin müxtəlif qaynar nöqtələrindən topladıqları muzdluların cəbhədə Azərbaycan əsgəri tərəfindən məhv edilməsi faktlarını gizlədirlər. Bu itkiləri də hesablasaq il ərzində Ermənistan tərəfinin cəbhədə yüzdən artıq itki verməsi bəlli olur.
Dekabrın 5-də isə Ermənistan mətbuatı Azərbaycan Silahlı Qüvvələrinin işğal altında olan Dağlıq Qarabağ ərazilərindəki erməni mövqelərinin artilleriya atəşinə tutması barədə görüntüləri əks etdirən videogörüntülər yayıb.

Ölən və yaralananlar arasında Dağlıq Qarabağdakı separatçı rejimin yüksək rütbəli hərbi rəhbərləri də olub.

Həmçinin ölənlər arasında dağ-piyada diviziyası komandirinin müavini, polkovnik Aratyunan Cəlal Anatolyeviç də var.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə