Amma hadisənin əsas günahkarının coşmuş Xəzər olduğunu heç kəs danmır. “Günəşli” yatağında axtarış-xilas etmə işlərində iştirak edən xilasedicilərdən biri Denis Borodinfacebook səhifəsində yazır ki, qəza zamanı Xəzərdə dalğaların hündürlüyü 11 metrə çatırdı. Birinci qayığı platformaya birləşdirən zəncirlər dalğanın gücünə tab gətirməyərək qırılıb. Nəticədə 30 neftçi buzlu suya düşüb və dalğalar onları bir neçə kilometr uzağa atıb. Bu cür şəraitdə onların sağ qalma şansı sıfıra bərabərdir.