Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Yanğın hələ də davam edir -İtkin düşən dənizçilərdən xəbər yoxdur…
Yanğın hələ də davam edir -İtkin düşən dənizçilərdən xəbər yoxdur…
07 Dekabr 2015 / 11:40 / Baxış sayı: 130
Font1 Font2 Font3 Font4

Dekabrın 4-də “Günəşli” yatağında baş verən yanğınla əlaqədar “Azneft” Istehsalat Birliyində yaradılmış qərargahda mətbuat konfransı keçirilib. 

IB-nin baş mühəndisi Balamirzə Ağarəhimov deyib ki, xilasetmə ilə bağlı axtarışlar bütün gecə davam etdirilib: “Bu gün səhərdən xilasetmə platformanın suyun altında ola hissəsində başlayıb. Biz bu axtarışa dünən başlamaq istəyirdik. Amma küləyə görə su bulanıq olduğu üçün edə bilmirdik. FHN helikopterləri də axtarışları davam etdirilir. “Vixr” gəmisi də axtarışdadır. Hazırda FHN rəhbəri Kəmaləddin Heydərov, sərhəd qoşunlarının komandanı Elçin Quliyev və Xəzər Dəniz Gəmiçiliyinin rəhbəri müşavirə keçirir. Hələ ki, itkin düşən dənizçilərdən heç biri tapılmayıb. Buzovna tərəfində jilet tapıldığı bildirildi. Amma baxış zamanı bəlli oldu ki, onlar bizim işçilərə aid deyil. Güman ki, balıqçıların jileti olub.

Yanan neft quyusunda alovlanma davam edir. Hələ ki, söndürülməyib. Hazırda söndürülmə ilə bağlı müzakirə aparılır ki, başqa hansı addımlar aparılsın”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə