Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Hadisənin şahidi: “Qayıq 42 nəfərlik idi, amma…” – VİDEO
Hadisənin şahidi: “Qayıq 42 nəfərlik idi, amma…” – VİDEO
07 Dekabr 2015 / 11:47 / Baxış sayı: 208
Font1 Font2 Font3 Font4

“Günəşli” yatağının 10-cu dərin dəniz özülündə baş vermiş yanğın və qəza nəticəsində xəsarət alaraq Mərkəzi Neftçilər Xəstəxanasında yerləşdirilən zərərçəkən hadisə barədə təəssüratlarını bölüşüb. “Report” xəbər verir ki, hadisə haqqında neftçi İsmayıl Mehdiyev belə deyib:

“Qayıq 42 nəfərlik idi. Gəmilər də yan alırdı, amma dalğa o qədər böyük idi ki, dalğadan bizə yaxınlaşa bilmirdilər. Onlar çox kömək eləmək istəyirdilər. Amma mümklün olmurdu, müəyyən məsafədən bizi müşayiət edirdilər. Yanğının üstünə su vururdular ki, sönsün. Yəni çalışırdılar, çox çalışdılar bizə kömək etməyə, amma alınmırdı. Qayıq hamıya bəs edirdi, hamının jiletləri də var idi. Mən özüm şəxsən təşkil elədim, camaatı birinə yığdım. O salamat qalan qayığı mən özüm sallamışam. Lazım olan səviyyədə saxlamışam”.

Onun sözlərinə görə, dalğalar 8-10 metrə qalxırdı.

Xatırladaq ki, dekabrın 4-də saat 17:40 radələrində güclü tufan nəticəsində “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılmış, boru kəməri zədələnmiş və yanğın baş vermişdir. Xilasetmə əməliyyatı nəticəsində 33 nəfər xilas edilib. 1 nəfər neftçinin cəsədi ailəsinə təhvil verilib, 29 nəfərin axtarışı davam etdirilir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə