Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bakı metrosunda eskalator sərnişinləri qorxuya saldı
Bakı metrosunda eskalator sərnişinləri qorxuya saldı
07 Dekabr 2015 / 12:14 / Baxış sayı: 174
Font1 Font2 Font3 Font4

Bu gün Bakı metrosunda eskalator sərnişinləri qorxuya salıb. Bu gün səhər saat 9:30 radələrində metronun “İçərişəhər” stansiyasında sərnişinlər platformadan yuxarı qalxarkən eskalatorda güclü cırıltı səsləri eşidilib. Bu zaman eskalatorda olan sərnişinlər arasında qorxu və təşviş yaşanıb. Eskalatorun nasaz olduğunu düşünərək onun qırıla biləcəyindən qorxan insanlar eskalatoru tez tərk etməyə çalışıblar.

Sayt hadisə ilə bağlı “Bakı Metropoliteni” QSC-yə müraciət edib. Müraciətdən dərhal sonra vəziyyəti “İçərişəhər” stansiyasında yerindəcə araşdıran Cəmiyyətin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib ki, adıçəkilən stansiyadakı eskalatorla bağlı, həqiqətən, kiçik bir problem yaşanıb: “Stansiya rəhbərliyi mənə bildirdi ki, həqiqətən də, deyilən vaxtda 3 saylı eskalatorda müəyyən səslər eşidilib. Bundan dərhal sonra həmin eskalator dayandırılıb, sərnişinləri qaldırmaq üçün digəri qoşulub.

Dərhal nasazlığın olduğu ehtimal edilən eskalatorda yoxlama aparılıb, lakin qəza yarada biləcək hər hansı nasazlıq qeydə alınmayıb. Məlum olub ki, eşidilən cırıltı səsi texniklərin dili ilə desək, “kənar səs” olub. Hazırda eskalatorların hamısı normal vəziyyətdə işləyir və heç birində də nasazlığı bildirən səs gəlmir. Sərnişinlərə də bildiririk ki, onların həyatı üçün heç bir təhlükə yoxdur. Ona görə də qorxu və təşvişə düşməsinlər”.

Xatırladaq ki, 10 il bundan əvvəl “İçərişəhər” stansiyasında eskalatorun nasazlığı ucbatından qəza baş verib. Belə ki, 8 iyun, 2005-ci il tarixdə o zaman “Bakı Soveti” adlanan stansiyada enən eskalatorda qəza zamanı 1 nəfər həlak olub, 11 nəfər xəsarət alıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə