Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Putinin sağ əli istefa verdi – Qara siyahı
Putinin sağ əli istefa verdi – Qara siyahı
07 Dekabr 2015 / 13:39 / Baxış sayı: 858
Font1 Font2 Font3 Font4

Dünya Şahmat Federasiyasının (FİDE) prezidenti, rusiyalı iş adamı Kirsan İlyumjinov istefa verib. Axar.az xəbər verir ki, bu barədə qərar dünən Federasiyanın İdarə Heyətinin toplantısında qəbul olunub. 

Yunanıstanda keçirilən toplantıdan sonra Federasiya rəsmi məlumat yayıb. Xəbərə görə, İlyumjinov ABŞ tərəfindən “qara siyahı”ya salındığı üçün vəzifədən getmək qərarına gəlib. 

1995-ci ildə Federasiyaya rəhbərlik edən rusiyalı biznesmenin vəzifəsini İdarə Heyətinin razılığı ilə Yunanıstan Şahmat Federasiyasının prezidenti Georgios Makropoulos icra edəcək.

Xatırladaq ki, Rusiya ilə münasibətlər gərginləşəndən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İlyumjinovun Putinin Yaxın Şərqdəki “qaranlıq işlərini” gördüyünü iddia etmişdi: “Rusların məşhur şahmat ustası var. O da bu işlərin içindədir. O, neft ticarəti həyata keçirir”.

Xatırladaq ki, İlyumjinov Putinin liderlik etdiyi Vahid Rusiya Partiyasının üzvüdür. Putinə yaxın şəxs sayılan İlyumjinov Kalmıkiya Respublikasının başçısı olub. O, 2003-cü ildə İraqın işğalı müddətində tez-tez Bağdada gedib. Səddam Hüseynlə danışıqlar aparıb. Rusiya ilə İraq arasındakı neft və silah daxil olmaqla bir çox qeyri-qanuni işin təmaslarını icra edib.

2011-ci ildə Liviyada olub və Qəzzafi ilə şahmat oynayıb. 2011-ci ilin mart ayında Liviyaya müdaxilə başladıqdan sonra isə Tripoliyə tez-tez gedib-gəlib. Qəzzafi öldürülənə qədər keçmiş diktatorun yanında yer alıb. Bu müddətdə Rusiya ilə Liviya arasında yenə silah başda olmaq üzrə bir çox “proyektlər” həyata keçirilib. Qəzzafi öldükdən sonra istiqaməti Tripolidən Suriyaya çevirib. 2012-ci ildən bu yana tez-tez Suriyada Bəşər Əsədlə görüşüb. İŞİD-in işğal etdiyi zavodlardan çıxan nefti 2013-ci ildən etibarən Suriya rejiminə gətirən şəbəkəni Corc Haşvani ilə birlikdə idarə edir.

Eyni zamanda İlyumjinovun bir ayağı həmişə Ermənistanda olub. Rusiya Azərbaycanın bir nömrəli düşməni olan Ermənistanı ovucunda tutub, idarə edərkən yenə “şahmat adamı”ndan istifadə edib. Kirsan İlyumjinovun ən əhəmiyyətli iş gördüyü prezidentlərdən biri də Sərkisyan olub. O, Sərkisyan ilə də dəfələrlə şahmat masasına oturub.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə