Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bu gün Leyla Yunus azad edilə bilər
Bu gün Leyla Yunus azad edilə bilər
07 Dekabr 2015 / 13:48 / Baxış sayı: 262
Font1 Font2 Font3 Font4

Bu gün Bakı Apelyasiya Məhkəməsində Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusun məhkəmə prosesi davam edəcək. 

Leyla Yunus məhkəmə zalından azad edilə bilər. Buna səbəb isə Leyla Yunusun səhhətində olan problemlərdir. Bir müddət öncə hüquq müdafiəçisinin yaxınları Leyla Yunusun hazırda mədəsinin yemək qəbul etmədiyini və yediklərini qaytardığını bildirmişdi.

Xatırladaq ki, Leyla Yunusla mühakimə olunmuş həyat yoldaşı Arif Yunus haqqında noyabrın 12-də həbs-qətimkan tədbiri dəyişdirilib. O, məhkəmə zalından azad edilib. Arif Yunus hazırda ev dustağıdır.

Bu ilin avqustunda Leyla Yunus əmlakı müsadirə olunmaqla 8 il 6 ay, Arif Yunus isə 7 il müddətinə  azadlıqdan məhrum edilmişdi. Bir sıra beynəlxalq qurumlar onların həbsini siyasi motivli sayır.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə