Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

SOCAR-ın vitse-prezidenti: “Təxribat olduğuna inanmıram”
SOCAR-ın vitse-prezidenti: “Təxribat olduğuna inanmıram”
07 Dekabr 2015 / 13:59 / Baxış sayı: 84
Font1 Font2 Font3 Font4

“Faciə baş verən ərazidə işlər aparılır. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğının söndürülməsi üçün əllərindən gələni edirlər. Həm FHN, həm də bizim gəmilər tərəfindən itkin düşmüş insanların axtarışları da davam etdirilir”.

APA-nın məlumatına görə, bunu SOCAR-ın vitse-prezidenti Rəhman Qurbanov deyib. O, sosial şəbəkələrdə hadisənin təxribat nəticəsində baş verdiyi barədə məlumatların yayılmasına da münasibət bildirib: “İnanmıram ki, bu hadisə təxribat olsun. Hər halda dövlət komissiyası araşdırmalar aparır, nətəcələr barədə ictimaiyyətə məlumat verəcək”. Qeyd edək ki, dekabrın 4-də saat 17.40 radələrində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə güclü yanğın baş verib.

Hadisə baş verən zaman özüldə 63 nəfər xidmətdə olub. Yanğın nəticəsində 2 nəfər həlak olub, 29 nəfər itkin düşüb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə