Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Əsgər ölüb, yoxsa öldürülüb?
Əsgər ölüb, yoxsa öldürülüb?
07 Dekabr 2015 / 14:38 / Baxış sayı: 174
Font1 Font2 Font3 Font4

Əsgər Quliyev Adil Ağababa oğlu təhlükəsizlik qaydalarının pozulması və silahla ehtiyatsız davranma nəticəsində gizir Əhmədov Ceyhun Fəxrəddin oğlu tərəfindən açılan atəşdən vəfat edib.

Müdafiə Nazirliyinin saytı bildirir ki, hadisə ilə bağlı gizir C.Əhmədov haqqında cinayət işi başlanıb, faktla əlaqədar araşdırma aparılır. Məlumatda o da vurğulanır ki, nazirliyin rəhbərliyi vəfat etmiş əsgərin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir!

***
12:53

Tovuz rayonunun Əlibəyli kəndində 5 ay xidmət etmiş Bakı sakini, 20 yaşlı Adil Quliyev hərbi hissədə vəfat edib.

Hərbi hissədən onun ehtiyatsızlıq üzündən öldüyünü bildiriblər. Yaxınları isə əsgərin öldürüldüyünü iddia edir.

Dekabrın 6-da valideynləri Adil Quliyevin cənazəsini Bakıya gətirib. Əsgərin cənazəsi hazırda Təzəpir məscidindədir. “Azadlıq” radiosunun müxbiri məscidin qarşından xəbər verir ki, Adil Quliyevin yaxınları ilə Yasamal Rayon İcra Hakimiyyəti əməkdaşları arasında mübahisə olub. Əsgərin yaxınları Müdafiə Nazirliyinin onlarla maraqlanmadığını, övladlarının ölümü haqqında düz-əməlli məlumat verilmədiyini deyirlər.

Hələlik ekspert rəyi açıqlanmayıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən hər hansı açıqlama verilməyib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə