Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bütün məscidlərdə hazırlıqlar başladı
Bütün məscidlərdə hazırlıqlar başladı
07 Dekabr 2015 / 14:39 / Baxış sayı: 290
Font1 Font2 Font3 Font4

Qafqaz Müsəlmanları İdarəsinin sədri (QMİ) Şeyxülislam Allahşükür Paşazadə ARDNŞ-nin Xəzər dənizindəki “Günəşli” yatağındakı neft platformasında baş vermiş güclü yanğınla əlaqədar həyatını itirən neftçilərə Uca Allahdan rəhmət diləyib, onların ailələrinə, yaxınlarına, bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib.

arxiv.bizimxeber.az QMİ-nin Mətbuat xidmətinə istinadən bildirir ki, A.Paşazadənin göstərişi ilə bu günlər paytaxt Bakıda və respublikamızın bütün bölgələrindəki məscidlərdə faciə qurbanlarının xatirələri yad olunacaq, onların şəninə Quran oxunacaq, ruhları üçün dualar ediləcək.

QMİ sədri Şeyxülislam A.Paşazadə bütün Azərbaycan xalqına və fədakar neftçilərin ailə üzvlərinə Allah-Təaladan səbr və məğfirət, yaralıla şəfa, xilasedicilərin işinə Uca Yaradanımızdan rəvac diləyib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə