Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Leyla Yunusun məhkəməsi təxirə salındı
Leyla Yunusun məhkəməsi təxirə salındı
07 Dekabr 2015 / 17:05 / Baxış sayı: 182
Font1 Font2 Font3 Font4

Bu gün Bakı Apelyasiya Məhkəməsində Sülh və Demokratiya İnstitutunun həbsdə olan direktoru Leyla Yunusun barəsində olan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Virtualaz.org saytının məhkəmədə iştirak edən müxbirinin verdiyi xəbərə görə, prosesə hakim Vüqar Məmmədov sədrlik edib. Leyla Yunusun vəkili Elçin Qəmbərov müdafiə etdiyi şəxsə qarşı irəli sürülən ittihamların təsdiqini tapmadığını, buna görə də bəraət verilməsini istəyib. L.Yunusun digər vəkili Elçin Sadıqov da bəraət verilməsini xahiş edib: “Əgər bəraət vermək mümkün deyilsə, Leyla Yunusun səhhətini nəzərə alaraq həbs-qətiimkan tədbirini dəyişməyinizi xahiş edirəm”.

Arif Yunisin vəkili Əfqan Məmmədov da apelyasiya şikayətinin təmin olunmasını xahiş edib. Zərərçəkənin nümayəndəsi isə apelyasiya şikayətinin əsassız olduğunu, hökmün qüvvədə saxlanılmasını istədiyini bildirib. Dövlət ittihamçısı da hökmün qüvvədə saxlanılmasını istəyib. Proses dekabrın 10-dək təxirə salınıb.

Xatırladaq ki, L.Yunusla birgə mühakimə olunan həyat yoldaşı Arif Yunus haqqında noyabrın 12-də həbs-qətimkan tədbiri dəyişdirilib. O, məhkəmə zalından azad olunub, hazırda ev dustağıdır.

Onu da qeyd edək ki, Leyla Yunus Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 178.3.2-ci (dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə), 192.2.2-ci (qanunsuz sahibkarlıq – külli miqdarda gəlir əldə etməklə törədildikdə), 213.2.2-ci (vergi ödəməkdən yayınma – külli miqdarda törədildikdə), 320.1-ci (hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (bu məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri, Arif Yunus isə 178.3.2-ci (dələduzluq) və 274-cü (dövlətə xəyanət) maddələri ilə təqsirləndirilir. Hər iki şəxs barədə olan Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi üzrə cinayət işi ayrıca icraata götürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 avqust tarixli hökmü ilə Leyla Yunus 8 il 6 ay, Arif Yunus isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdə həmçinin onların əmlaklarının müsadirə olunması, bank hesablarındakı vəsaitin alınaraq dövlətin hesabına köçürülməsi öz əksini tapıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə