Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İlham Əliyev dövlətin büdcəsini təsdiqlədi (CƏDVƏL)
İlham Əliyev dövlətin büdcəsini təsdiqlədi (CƏDVƏL)
07 Dekabr 2015 / 22:44 / Baxış sayı: 1974
Font1 Font2 Font3 Font4

Dövlət başçısı Azərbaycanda yaşayış minimumu da artırdı.

Azərbaycan prezidenti İlham Əliyev 2016-cı il dövlət büdcəsini təsdiqləyib. Gələn ilin dövlət büdcəsinin gəlirləri 14 566 000,0 min manat, xərcləri 16 264 000,0 min manat (o cümlədən mərkəzləşdirilmiş gəlirləri 13 799 654,5 min manat, yerli gəlirləri 766 345,5 min manat, mərkəzləşdirilmiş xərcləri 14 722 749,0 min manat, yerli xərcləri 1 541 251,0 min manat) məbləğində təsdiq edilib. 

Dövlət büdcəsi kəsirinin yuxarı həddi 1698 000,0 min manat, icmal büdcəsinin xərclərinin yuxarı həddinin məbləği 19 956 524,8 min manat məbləğində müəyyənləşdirilib. Dövlət Neft Fondunun gəlirləri nəzərə alınmadan, Azərbaycan Respublikasının 2016-cı il icmal büdcəsinin kəsiri 9 947 954,7 min manat məbləğində müəyyən olunub.

“Gələn ilin dövlət büdcəsi ilə ətraflı bu linkdən tanış ola bilərsiniz”

Prezident “Azərbaycan Respublikasında 2016-cı il üçün yaşayış minimumu haqqında” 2015-ci il 20 oktyabr tarixli Qanununun tətbiqi barədə sərəncam imzalayıb.

2016-cı il üçün yaşayış minimumu ölkə üzrə 136 manat, əmək qabiliyyətli əhali üçün 146 manat, pensiyaçılar üçün 115 manat, uşaqlar üçün 117 manat məbləğində müəyyən edilir.

Bundan əvvəl yaşayış minimumu ölkə üzrə 131 manat, əmək qabiliyyətli əhali üçün 140 manat, pensiyaçılar üçün 108 manat, uşaqlar üçün isə 108 manat idi.

Bu qanun 2016-cı il yanvarın 1-dən qüvvəyə minir.

Dövlət başçısı, həmçinin “Azərbaycan Respublikasında 2016-cı il üçün ehtiyac meyarının həddi haqqında” 2015-ci il 20 oktyabr tarixli Qanununun tətbiqi barədə sərəncam imzalayıb.

Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2016-cı il üçün ehtiyac meyarının həddi 105 manat məbləğində təsdiq edilib.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə