Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Xəzərdə helikopterlərlə axtarışlar dayandırıldı (YENİLƏNİB – 3, VİDEO)
Xəzərdə helikopterlərlə axtarışlar dayandırıldı (YENİLƏNİB – 3, VİDEO)
07 Dekabr 2015 / 22:46 / Baxış sayı: 1278
Font1 Font2 Font3 Font4

Hazırda axtarışlar 7 gəmi vasitəsilə aparılır. “Günəşli” yatağının 10-cu özülündə baş verən yanğın nəticəsinfə itkin düşənlərin helikopter və dalğıclarla axtarışı hava qaranlıq olduğundan dayandırılıb.

Bunu “Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov SOCAR rəhbərliyinin keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, dənizdə axtarışlar 7 gəmi vasitəsilə aparılır. Baş mühəndis əlavə etdi ki, səhər açılan kimi helikopterlər də axtarışlara qoşulacaq. Balamirzə Ağarəhimov onu da bildirdi ki, bu gün dənizdən tapılan itkin düşən 6 neftçi sabah dəfn ediləcək.

***
19:16

Xəbər verildiyi kimi “Günəşli” yatağında baş vermiş yanğın nəticəsində itkin düşən neftçilərdən 6-sı tapılıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramovanın ANS PRESS-ə verdiyi məlumata görə, daha dörd neftçinin şəxsiyyəti müəyyən olunub.

Həmin neftçilər aşağıdakılardır

Babayev Mikayıl İsmayıl oğlu – 52 yaş
Mayılov Samir Cahangir oğlu – 31 yaş
Quliyev Fəxrəddin Xancan oğlu – 58 yaş
İsgəndərov Habil Tağı oğlu – 55

bu gün “Günəşli” yatağının 65-70 kilometrliyində FHN-in helikopteri tərəfindən 6 nəfərin meyiti tapılıb Onlardan Tağıyev Fuad Tahir oğlu (34) və Mahmudov Ağa İzzət oğlunun (47) cəsədləri sahilə çatdırılaraq aidiyyəti üzrə təhvil verilib.

ANS PRESS “Günəşli” faciəsində itkin düşənlərin yenilənmiş siyasını təqdim edir:

1 Qasımov İman Şura o. 01.12.1967

2 Qasımov Mübariz Dilqəm o. 21.01.1958

3 Rzaxanov Edik Rivazin o. 15.01.1983

4 Babazadə Tural Fətəli o. 01.09.1993

5 Quliyev Əzizağa Nöhbala o. 16.09.1953

6 Rəsulov Elşad Balaoğlan o. 24.03.1971

7 Qasımov Bayram Mirzəağa o. 20.03.1978

8 Abdullayev Adil Ələkbər o. 19,02,1953

9 Əbdüləzizov Əbdüləziz İsmayıl oğlu 30.01.1954

10 Şirəliyev İzzət Qəmbər o. 10.05.1973

11 Nəcməddinov Qəmərşah Nəcməddin o. 20.09.1978

12 Niyazov Seyfəddin Abil o. 09.02.1968

13 İskəndərov İnqilab Osman o. 29.11.1957

14 Mayborda Oleq Akimoviç 21.11.1971

15 Əhmədov Çanbaxış Əhməd o. 21.02.1962

16 İbrahimov Xalid Bəşir o. 12.08.1971

17 Həsənov Zaur Vahid o. 24.12.1975

18 Cəriyev Vəli Kiçikağa o. 22.04.1967

19 Hüseynov Bəhlul Sirac o. 25.11.1969

20 Səmədov Xoşbəxt Xanış o. 26.09.1981

21 Xəlilov Zaur Arif o. 15.09.1975

22 Sahmarov Sahib Güloğlan o. 02.08.1973

23 Əliyev Əyyub Xəlil o. 22.07.1973

***16:02***

Daha 3 nəfərin meyiti tapıldı. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, saat 13:20 radələrində qəza baş vermiş özüldən 65-70 km məsafədə FHN-in helikopterləri dənizdə 6 nəfərin cəsədini aşkar edib. Həmin cəsədlər helikopterin göyərtəsinə qaldırılıb.

Bunlardan Tağıyev Fuad Tahir oğlu və Mahmudov Ağa İzzət oğlunun cəsədləri sahilə çatdırılaraq aidiyyəti üzrə təhvil verilib.

Azneft İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov bildirib ki, iki nəfərin meyiti Xətai rayon morquna aparılıb. A.Mahmudov kompleks qazma trestinin işçisi olub.

Digər 4 cəsəd isə yaxın zamanda sahilə çatdırılacaq. Onların Sabunçu rayon morquna təhvil veriləcək.

Onun sözlərinə görə, iki helikopter Günəşli sahəsində işinə davam edir. Birinci helikopter meyitləri təhvil verəndən sonra yanacaq dolduraraq geri qayıdacaq. FHN axtarış işlərinə daha bir helikopter cəlb edəcək.

Axtarış əməliyyatı davam etdirilir. Yanğın davam edir.

Əlavə məlumat veriləcək.​

Saat 15:55
“Günəşli” yatağındakı 10-cu özüldə baş verən yanğın nəticəsində itkin düşən daha 3 nəfərin meyiti tapılıb. “Azneft” İstehsalat Birliyindən verilən məlumata görə, cəsədlər dənizdən çıxarılıb və hazırda oların şəxsiyyətlərinin dəqiqləşdirilməsi aparılır.
Dekabrın 4-ü axşam saatlarında “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə güclü yanğın hadisəsi baş verib. SOCAR-dan ANS PRESS-ə verilən məlumata görə, baş verən güclü tufan saat 17.40 radələrində “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın olub.

Rəsmi məlumata görə hadisə baş verən zaman platformada 64 nəfər olub. Onlardan 2-i dünyasını dəyişib, 33 nəfər təxliyyə olunub. 29 nəfərin taleyi isə hələlik naməlumdur. Onlar itkin düşmüş elan edilib.
Ramiz Həsənovun meyiti artıq ailəsinə təhvil verilib və o dəfn edilib.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə