Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Rövnəq Abdullayev özül rəisinə: “Tam düz hərəkət eləmisən…”
Rövnəq Abdullayev özül rəisinə: “Tam düz hərəkət eləmisən…”
07 Dekabr 2015 / 22:51 / Baxış sayı: 346
Font1 Font2 Font3 Font4

“Biz bütün məlumatları araşdırdıq və gördük ki, sən tam doğru hərəkət eləmisən”. Bunu bu gün “Günəşli” yatağında baş vermiş qəzada xəsarət alan və hazırda Mərkəzi Neftçilər Xəstəxanasında müalicə olunan neftçilərə baş çəkən SOCAR prezidenti Rövnəq Abdullayev yatağın 10 saylı özülünün rəisi Allahverdi İmran oğlu Məmmədovla söhbətində bildirib.

Allahverdi Məmmədov

Rövnəq Abdullayev özül rəisi ilə söhbətində daha sonra bildirib ki, dalğanın hündürlüyü və güclü külək işçilərin təhlükəsiz təxliyəsinə mane olub: “Təsəvvür edin ki, dalğanın hündürlüyü 12 metrə çatırdı. Mən BP-dən bu gün bəzi rəqəmləri aldım. Şiddətli külək, dalğalar məhz bizim işçilərin sağ-salamat təxliyəsinə mane olub. Çox dəhşətli bir haldır. Bəlkə də dalğanın hündürlüyü bir qədər az olsaydı, başqa cür olardı. Yenə deyirəm çox sağ ol ki, işçilərin plana uyğun təxliyə edilməsi üçün əlindən gələni etmisən”.

R.Abdullayev həmçinin hazırda 3 quyuda yanğının davam etdiyini vurğulayıb.

Qeyd edək ki, dekabrın 4-də güclü tufan nəticəsində “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılıb, boru kəməri zədələnib və yanğın baş verib. Xilasetmə əməliyyatı nəticəsində 33 nəfər xilas edilib. 7 nəfər neftçinin cəsədi aidiyyəti üzrə təhvil verilib, 23 nəfərin axtarışı davam etdirilir (“Report”).



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə