Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Abutalıbov “Orbit A.M.Ə” şirkətinin binasını yerlə-yeksan etdi -FOTOLAR
Abutalıbov “Orbit A.M.Ə” şirkətinin binasını yerlə-yeksan etdi -FOTOLAR
08 Dekabr 2015 / 11:29 / Baxış sayı: 696
Font1 Font2 Font3 Font4

Bakı Şəhər İcra Hakimiyyəti heç bir səbəb göstərmədən “Orbit A.M.Ə” şirkətinin inşa etdiyi binaları sökür. Bu barədə Bizimeber.az-a şirkətin icraçı direktoru Faiq Rüstəmli məlumat verib. 

Onun sözlərinə görə, 27.07.2005-ci il tarixdə 203 saylı sərəncamla Suraxanı-Hövsan yolunun üstündə “Orbit A.Ə.M” şirkətinə tikinti işləri aparmaq 7,4 hektar torpaq sahəsi ayrılıb. 29.03.2007-ci il tarixdə 116 saylı sərəncamla şirkətə burada yaşayış kompleksi salmağa icazə verilib: “Verilən sərəncam əsasında yaşayış kompleksinin layihəsi işlənib hazırlanıb.
Layihə Memarlıq və Şəhərsalma Baş idarəsilə razəlaşdırılıb. Layihə əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsindən, Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən, Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətindən, Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsindən rəylər alınıb. Bundan sonra Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Şəhər Tikintiyə İcazə və Qeydiyyat Müfəttişliyi tikinti-quraşdırma işlərinin aparılmasına icazə verilib. Bu günə kimi iki 8 mərtəbəli (biri zirzəmi) bina tam tikilib, iki binanın özülü atılıb, bir binanın birinci mərtəbəsi işlənib.
Mənzillərin bir hissəsi satılıb. Lakin Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov 21.09.2015-ci il tarixli 393 saylı sərəncamla yuxarıda göstərilən sərəncamları heç səbəb göstərmədən ləğv edib. Bizim xəbərimiz olmadan Suraxanı Rayon İcra Hakimiyyətinin başçısına binaların sökülməsi haqqında məktub göndərmişdir. Binaların sökülməsi haqqında göstəriş verib. Heç bir sərəncam və ya məhkəmə qərarı yoxdur. Zorla binaları sökürlər”.
Faiq Rüstəmli bildirib ki, əgər binalar dövlət ehtiyacına görə sökülürsə, bu barədə açıqlama verilməlidir: “Bizə binaların sökülməsinin səbəbi bəlli deyil. Heç nə demirlər. Cənab prezident dəfələrlə deyib ki, sahibkarlara qayğı göstərilməli, onların fəaliyyətinə süni maneə yaradılmamalıdır. Deyəsən, Hacıbala müəllim prezidentin fikirlərinə məhəl qoymur. Əgər bu binalar dövlət ehtiyacı üzünüdən sökülürsə, desinlər, oturaq kompensasiya məsələsini müzakirə edək. Axı biz bura külli miqdarda pul qoymuşuq. Heç bir qanunsuz iş görmədən, sənədlər əsasında iş görmüşük. İnsanları mənzillə təmin etmişik və s”.
Faiq Rüstəmli məsələ ilə bağlı prezidentə müraciət edəcəyini bildirib.
arxiv.bizimxeber.az

 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə