Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Axtarışlar nəticə verməyib, yanğını söndürmək mümkün olmayıb – OPERATİV QƏRƏRGAHDAN
Axtarışlar nəticə verməyib, yanğını söndürmək mümkün olmayıb – OPERATİV QƏRƏRGAHDAN
08 Dekabr 2015 / 11:33 / Baxış sayı: 1970
Font1 Font2 Font3 Font4

“Yanğının söndürülməsi ilə 7 gəmi məşğul olurdu, Bu gün daha 1-i qoşulacaq” 

SOCAR-ın “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın nəticəsində itkin düşən 23 nəfərin, o cümlədən itkin düşən “Neft Daşları”nın 3 əməkdaşının axtarışları davam edir. Bunu SOCAR-ın “Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov yaradılan operativ qərargahda keçirilən brifinqdə bildirib.

“Saat 11:00-a olan məlumata görə, axtarışlar heç bir nəticə verməyib. Hava açılan kimi, helikopterlər də axtarışlarda olan gəmilərə qoşulub. Axtarışlar davam etdirilir”, – deyə B. Ağarəhimov bildirib. Baş mühəndis əlavə edib ki, yanğın hələ də söndürülməyib: “Yanğının söndürülməsi ilə 7 gəmi məşğul olurdu. Bu gün ərazində gəmilərə daha 1-i qoşulacaq”.

***
“Günəşli” neft yatağında baş vermiş faciədə itkin düşmüş şəxslərin axtarışı bütün gecə boyu davam etdirilib.  Gəmilərlə aparılan axtarış hələlik nəticə verməyib. Səhər tezdən isə axtarışlara helikopterlər də qoşulub. Bütün gecə boyu yataqda yanğının söndürülməsi işləri də davam etdirilib. Lakin yanğının qarşısını almaq da hələlik mümkün olmayıb.

Qeyd edık ki, dekabrın 4-də saat 17.40 radələrində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə güclü yanğın baş verib. Hadisə baş verən zaman özüldə 63 nəfər xidmətdə olub. Yanğın nəticəsində 2 nəfər həlak olub, 29 nəfər itkin düşüb. İtkin düşənlərdən 6-nın meyiti dünən tapılaraq sudan çıxarılıb. Onlar bu gün dəfn olunacaqlar.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə