Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Nardaran hələ də işıqsızdır
Nardaran hələ də işıqsızdır
08 Dekabr 2015 / 11:38 / Baxış sayı: 1554
Font1 Font2 Font3 Font4

Hüquq-mühafizə orqanlarının Nardaran qəsəbəsində əməliyyatı davam edir. Qəsəbənin giriş və çıxışlarında qoyulmuş polis postları hələ götürülməyib.

Qəsəbəyə daxil olan və çıxan hər kəs yoxlanılır. Nardaran sakinlərinin qəsəbəyə daxil olmasına heç bir məhdudiyyət yoxdur. Nardaranın mərkəzi meydanlarına Daxili Qoşunların qüvvələri nəzarət edir. 

Qəsəbə sakini Natiq Kərimov APA-ya bildirib ki, hazırda Nardaranda sabitlik hökm sürür: “Polis öz işini görür, yerli camaat da öz işini. Məlum hadisələrlə əlaqədar başlanmış cinayət işi üzrə bəzi qəsəbə sakinləri istintaqa aparılıb. Onlardan bəziləri sonradan sərbəst buraxılsa da, bir neçə nəfər barəsində isə inzibati cəza tətbiq edilib”.

N. Kərimov həmçinin qeyd edib ki, qəsəbəyə elektrik enerjisinin verilişi hələlik bərpa olunmayıb: “Hazırda sayğacların yenilənməsi işi aparılır. Ümid edirik ki, tezliklə elektrik enerjisinin verilişi bərpa ediləcək”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə